Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kolleclərə 1200-dən çox boş plan yerləri qalıb

tqdkTam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı dünən başa çatıb.

Xeberinfo.com:   Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  verilən məlumata görə, müsabiqə nəticəsində 152 boş yer qalmışdı. Lakin qeydiyyat prosesi bitdikdən sonra məlum olub ki, 1068 abituriyent qəbul olduğu orta ixtisas məktəbində qeydiyyatdan keçməyib. Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220-dir.

Tam orta təhsil bazasında müsabiqədə iştirak edən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı isə 11 minə yaxındır. Həmin abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59‑dək ixtisas seçimi aparılacaq.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə bu il ərizə təqdim edən və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı 01 sentyabrda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Jurnalın TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” köşklərində satışı təşkil olunacaq:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Sabahdan etibarən jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam