Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Təhsil Nazirliyi direktorları hansı qayda ilə seçir?

 

Məktəb direktorlarının işə qəbulu ilə bağlı cəmiyyətdə birmənalı münasibət yoxdur.

 

Xeberinfo.com:   Bu imtahanların bir çox hallarda formal xarakter daşıdığı barədə fikirlər səsləndirilir. Çünki bəzən verilən faktlar göstərir ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən imtahanlarda zəif nəticə göstərmiş şəxslər direktor təyin olunurlar. Necə və hansı yolla, bax burasını araşdırmağa ehtiyac var. Gundelik-baku.com olaraq qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə QAYDALAR təsdiqlənib. Həmin qaydaların 1.5 bəndində göstərilib ki, “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na uyğun olaraq direktor vəzifəsinə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili və azı 5 il pedaqoji stajı (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) olan şəxslər namizədliklərini verə bilərlər. Amma di gəl bəzən verilən məlumatlarda göstərilir ki, heç bir pedaqoji təhsili olmayan şəxslər direktor olurlar. Aldığımız məlumata görə, Neftçala rayon, Astanlı kənd orta məktəbinə test imtahanından keçməyən, özü də İslam Universitetini bitirmiş adamı direktor təyin ediblər. Buradan belə çıxır ki, Təhsil Nazirliyi direktorların işə qəbul qaydalarını özü pozur. Əks halda imtahanda yüksək nəticə toplayan pedaqoqlar direktor təyin olunardılar. Aldığımız məlumata görə, Sabirabad, Quba, Saatlı rayonlarının məktəblərinə yüksək bal toplayan və müsabiqədə əla nəticə göstərən şəxslər yox, heç 30 bal toplaya bilməyən, amma kimlərinsə adamı olan şəxslər təyin olunub. Maraqlı fakt odur ki, təyin olunmuş direktorların fəaliyyəti dövründə məktəblərinin şagirdləri şəhadətnamə və attestat imtahanında böyük faizi 2 qiyməti alıb. Bütün bunlar onu göstərir ki, Təhsil Nazirliyinə savadlı kadrlar lazım deyil. Əgər belə olmasaydı, Təhsil Nazirliyinin rəsmi saytında direktor olmaq istəyən vətəndaşlara göndərilən bildirişdə heç olmasa «MÜSAHİBƏ» sözünü düzgün yazardılar. «MÜSAHİBƏ» əvəzinə «MÜSABİBƏ» yazan nazirlik hansı halda direktorların bilik və bacarıqlarını yoxlayır?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini dərc edə bilərik. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam