Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Təhsil Nazirliyindən tədris ilinin başlanması ilə bağlı açıqlama

tehsil_nazirliyiAzərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib.

Xeberinfo.com:   Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və ölkənin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşdirilib.

Məlumatda o da qeyd olunub ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 12-si və 13-ü qeyri-iş günlədirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam