Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Müəllimlərin iş yerini dəyişməsi üçün müsabiqələr vacibdimi?

muellim imtahaniEyni proqramı tədris edən və fərqli olmayan bir iş üçün bu qədər mərhələni adlamaq müəllimləri narazı salır

Xeberinfo.com:  Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə” əmrlə təsdiq olunmuş Qaydalara görə, hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.

16-18 iyun tarixlərində keçirilmiş müsabiqənin 2-ci mərhələsində – test imtahanında 1621 nəfər iştirak edib. Imtahanların nəticəsinə görə, 345 nəfər yekun mərhələyə – müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Təhsillə bağlı məsələlər, bu sektorda həll edilməmiş problemlər günün daim aktual mövzularından olub. Çünki təhsil hamının bilavasitə iştirak etdiyi, cəmiyyətin ona bağlı olduğu prioritet bir sahədir. Lakin ali təhsil sənədi veriləndən sonra müəllimlərin işə qəbulu prosesinin mürəkkəbləşdirilməsi hamını narazı salan məqamlardandır. Çünki işə qəbul olunandan sonra başqa bir rayona dəyişmək istəyən müəllimə yenidən müsabiqədən keçmək zərurəti yaradılır. Eyni proqramı tədris edən və fərqli olmayan bir iş üçün bu qədər mərhələni adlamaq isə çoxlarını narazı salır.

nabateli-qulamoglu

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki,  müəllimliklə bağlı arzu olunan yerə müsabiqə təşkil edilir və ən yüksək bal toplayan da ora qəbul edilir. Ekspertin sözlərinə görə, əsas mərhələ budur. Həmin yerə namizədlər varsa, onlar arasında müsabiqənin keçirilməsi mütləqdir:

“Orada əsas götürülən də müəllimlərin inteqrasiyasını başa vurmalarıdır. Yaxşı iş yeri uğrunda müəllimlər çalışıb bilik əldə etməlidir. Müsabiqənin keçirilməsində əsas məqsəd bundan ibarətdir”.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam