Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Çingiz Əsgərov Ramil Səfərovla bağlı qərarı şərh etdi - VİDEO

 
“Bu qərar demək olar ki, obyektiv bir qərardır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququna əsaslanan qərar qəbul edib”.
Yenixeber.org: Bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişində Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.



O, bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarının belə olacağı təxmin edilirdi:

“Biz qərarları təhlil edəndə bilirdik ki, hansı nəticəyə gəlinə bilər. Məsələ burasındadır ki, ermənilər məhkəmənin bu qərarını və qərarın nəticələrini təhrif etməyə çalışır. Ermənilər sübut etməyə çalışırlar ki, Ramil Səfərovun əməlinin arxasında Azərbaycan dövləti dayanır, buna görə Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi isə birmənalı olaraq deyib ki, Azərbaycan Hökuməti Ramil Səfərovun əməlinə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Bu, Məhkəmənin gəldiyi nəticədir. Ona görə, ermənilərin nəticəni təhrif etməsi təəccüb doğurur”.

Təzminat məsələsinə gəldikdə isə Ç.Əsgərov deyib ki, ilk növbədə Məhkəmənin qərarında birmənalı olaraq deyilib ki, Azərbaycan dövləti qərarın icrası üçün heç bir fərdi tədbirlər həyata keçirməməlidir. Yəni bu qərarla Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmayıb. Təzminat məsələsinə gəldikdə isə qərarda göstərilən yalnız məhkəmə xərcləridir, ərizəçilərə hüquqi yardım göstərmiş vəkillərə pul ödənilməsidir. Bundan başqa maddi və mənəvi zərərə görə kompensasiya müəyyən edilməyib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam