Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Araz Ağalarovun xəstəxanası ilə bağlı təhqiqat başladı - Qalmaqal

Araz Ağalarovun xəstəxanası ilə bağlı təhqiqat başladı - Qalmaqal

Moskva prokurorları azərbaycanlı biznesmen Araz Ağalarovun koronaviruslu xəstələr üçün qurduğu xəstəxanada dərman çatışmazlığı və əmək qaydalarının pozulması üzrə təhqiqata başlayıb. Həmin pozuntular haqda "Azadlıq" radiosunun "Nastoyaşeye Vremya" televiziyası xəbər yaymışdı.

Yenixeber.org: Moskva regionunun prokurorluğu bildirib ki, xəstəxananı idarə edənlərin hərəkətləri dəyərləndiriləcək və buna hüquqi qiymət veriləcək. Müvəqqəti xəstəxana Moskva yaxınlığındakı Krasnoqorskda Ağalarovun “Krokus Expo” sərgi kompleksində quraşdırılıb.

Bu yaxınlarda “Nastoyaşeye Vremya” “Scanner project” təhqiqat layihəsi ilə birlikdə apardığı araşdırmanın nəticələrini dərc edib. Araşdırma Ağalarovun xəstəxana quraşdırmaqdan ötrü 2 milyard rubl (28 milyon dollar) dəyərində dövlət kontraktlarını tendersiz əldə etdiyini üzə çıxarıb.

Obyektdə çalışan bir neçə tibb işçisi anonimlik şərtilə deyiblər ki, iki həftədir işə başlamalarına baxmayaraq əmək müqavilələri yoxdur, xəstəxanada tibbi avadanlıq, fərdi qoruma vasitələri, xəstələr üçün dava-dərman çatışmır. Həkimlərin deməsinə görə, onlara ilkin olaraq 36 saatlıq iş həftəsinə görə 250 min rubl (3 min 500 dollar) maaş vəd olunsa da sonradan 72 saata qaldırılıb.

Həkimlər onu da əlavə ediblər ki, şikayət edəcəkləri halda kompensasiyanın kəsilməsi ilə hədələniblər. Tibb bacıları ilə mayın 22-dən əmək müqavilələri imzalanmağa başlanıb.

Hazırda xəstəxananın 500 xəstəsi var. Bu müvəqqəti xəstəxanaya Krasnoqorskdakı 1 saylı xəstəxanaya nəzarət edir, ancaq onlar açıqlama verməyib, jurnalistləri Səhiyyə Nazirliyinə yönəldiblər. Nazirlikdən də açıqlama almaq mümkün olmayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam