Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Nazirlik balıq mafiyasına qarşı: “Onları imkanlı şəxslər himayə edir”

 

"Xəzər dənizinin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizin ümumi ehtiyatlarının 12-15 faizini təşkil edir. Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır. 1980-ci illərin əvvəlləri ilə müqayisədə bütövlükdə Xəzər dənizində nərəkimilərin illik ov həcmi 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb".

"Xeberinfo.com":  Məlumata görə, bu açıqlamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, hələ də balıq ehtiyatlarının qanunsuz ovlanmasının, satışının qarşısının alınması tamamilə mümkün olmayıb: “Araşdırmalar göstərir ki, əsasən qanunsuz balıq ovu ilə məşğul olan brakonyerlərə kənardan ayrı-ayrı imkanlı və nüfuzlu şəxslər tərəfindən “himayədarlıq” olunur, onlar iri tutumlu, sürətli və güclü motorlara malik qayıqlarla təmin edilirlər. Belə vasitələrlə təchiz olunan qanun pozucuları Xəzər dənizinin sahilindən 10 kilometrlərlə uzağa getmək və orada qanunsuz balıq tutmaq imkanlarına malik olurlar. Texniki təchizatın tələb olunan səviyyədə olmaması səbəbindən həmin sürətli qayıqların saxlanılması nazirliyin əməkdaşlarının imkanları xaricindədir və bu səbəbdən həmin qanun pozucularını məsuliyyətə cəlb etmək bir sıra hallarda mümkün olmur”.

Nazirlik eyni zamanda bildirir ki, qanunsuz ovlanmış balıqların ayrı-ayrı şəxslər tərəfindən müxtəlif yerlərdə, xüsusilə də yol kənarlarında satılmasının qarşısının alınmasında ciddi çətinliklər var: “Bu kimi halların qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən digər aidiyyəti orqanların nümayəndələri cəlb edilməklə qanunsuz ovlanmış balıqların yol kənarlarında, xüsusilə də Bakı-Quba yolunun Siyəzən və Şabran rayonlarının ərazisindən keçən hissəsində satılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Keçirilmiş tədbirlər zamanı bu ərazidə müxtəlif cinsli balıqların ayrı-ayrı şəxslər tərəfindən əldə olunmasına və keyfiyyətinə dair rəsmi təsdiqedici sənədlər olmadan satıldığı müəyyən edilib”.

Nazirlikdən onu da deyiblər ki, son on ildə dünyada balıq ovu həcmi azalaraq 90-95 milyon ton səviyyəsində stabilləşib: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının proqnozlarına görə bu azalma tendensiyası davam edəcək. Bundan fərqli olaraq son illərdə dünyada əmtəə akvakulturasının məhsul həcmi artmaqdadır. Hazırda ümumi balıq ovu və istehsalının 70 faizdən çoxunu özündə birləşdirən akvakultura balıqçılığı sürətlə inkişaf edir. Lakin Azərbaycanın balıqçılıq təsərrüfatı kompleksində akvakulturanın payı azdır”.

FAO statistik məlumatında deyilir ki, dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi 18 kiloqramdır. Ən yüksək orta göstəricilər Cənub-Şərqi Asiya regionunda 60 kiloqramından çox (Yaponiya, Çin, Vyetnam və Tailandda 100 kq-dan artıq) qeydə alınıb. Qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda isə adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək 2 kiloqrama yaxın olub, son illərdə isə bu göstərici artaraq 2014-cü ildə təxminən 7 kiloqrama çatıb.     

Nazirlikdən isə deyiblər ki, hazırda ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur: “Bunlardan 4-ü nərə, 3-ü qızılbalıq və forel, 5-i isə çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. Bu müəssisələrdə 5,5 milyarddan artıq, o cümlədən 131,0 milyon ədəd nərəkimi, 1,637 milyon ədəd qızılbalıq, 5375,0 milyon ədəd çəkikimi balıq körpələri artırılıb təbii su hövzələrinə buraxılıb. Son illər bütün Xəzəryanı ölkələrdə nərəkimilərin zavod artımının miqyası azalıb. Son illərdə onların ehtiyatının azalması ilə əlaqədar təbii mühitdən törədicilərin tədarükü çətinləşib və bunun nəticəsində körpələrin ümumi buraxılışı 3-5 milyon ədəd balıq körpəsini keçmir. Bu tendensiya da bütün Xəzəryanı ölkələrdə müşahidə olunur”.

1980-1990-cı illərdə brakonyerlik nəticəsində nərəcinslilərin həddindən artıq ovlanması, kürü tökülən çaylarda, o cümlədən Kür çayında bəndlərin salınması, həmin illərdə dənizin çirkləndirilməsi və həmin vaxtlarda bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması, nəhayət mnemiopsis leidyi daraqlısının mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması nərə ehtiyatlarının azalmasına səbəb olub.

Nazirlikdən xatırladıblar ki,  su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən ümumilikdə 1404 qanun pozuntusu aşkar edilərək 1203 nəfər məsuliyyətə cəlb edilib. Həmin müddətdə qanun pozucularından 203 su nəqliyyat vasitəsi, 15057 ədəd müxtəlif adda ov aləti və 7150 ədəd müxtəlif növ qanunsuz ovlanmış balıq götürülüb. Cinayət xarakterli olduğuna görə 200 iş hüquq mühafizə orqanlarına, 872 iş inzibati qaydada baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.

Virtualaz.org

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?