Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölkədə fövqəladə vəziyyət hazırlığı?

 

Deputat: “Hər ehtimala qarşı hazırlıqlı olmalıyıq”

Yenixeber.org: Dünyanı təhdid edən koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün Azərbaycanda da məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Ciddi karantin müddətinin tətbiqindən sonra prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Qanuna düzəlişlər edib. Dəyişikliyə əsasən, fövqəladə vəziyyət rejimini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyinin də qüvvə və vasitələrindən istifadə olunacaq.

Prezident həmçinin 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə də fərman imzalayıb. Fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib. Prezident Fərmanı ilə Daxili İşlər Naziri Vilayət Eyvazova əlavə səlahiyyətlər verilib. Bundan əlavə, Nazirlər Kabineti Yanında Operativ Qərargah da məhdudlaşdırıcı addımlarla bağlı növbəti qərarını açıqlayıb, əhaliyə evdə qalmaqla bağlı davamlı çağırışlar edilir.

Vətəndaşların küçələrə, parklara çıxması yasaq edilib. Hətta xüsusi icazə vərəqələrinin hazırlanmasına başlanıldığı haqda da iddialar var. Hesab olunur ki, Prezidentin qanunlara dəyişiklik etməsi, dövlət strukturlarına yeni səlahiyyət verilməsi fövqəladə vəziyyətə keçid istiqamətində son mərhələdir.

Mövzu ilə əlaqədar olaraq hakim partiyanın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a bunları söyədi: “Bilirsiniz ki, ölkədə karantin rejimi sərtləşdirilib. Əgər fövqəladə vəziyyət olacaqsa, təbii ki, bunu Milli Məclis təsdiq etməlidir. Yəni cənab Prezident elan edir, Milli Məclis təsdiqləyir. Hələlik, Milli Məclisə bu barədə bir məsələ daxil olmayıb”.

S.Novruzov ölkə prezidentinin qanuna dəyişiklik etməsi, dövlət qurumlarına əlavə səlahiyyətlər verməsi və digər məsələlərə də münasibət bildirdi: “Hər ehtimala qarşı biz hazırlıqlı olmalıyıq. Yəni bu, bizdən asılı olmayan məsələlərdir”.

Hərəkət üçün xüsusi icazə vərəqələrinin hazırlandığı haqda iddialara gəldikdə, YAP funksioneri bunu da istisna etmədi: “Ola bilsin. Bütün bunlar hamısı Nazirlər Kabinetinin yanındakı Dövlət Komissiyasının səlahiyyətlərinə daxildir”.

Məsələ burasındadı ki, ölkədə karantin rejiminin sərt mərhələsinə keçilib, evdən çıxmaq qadağan edilib. Belə olan təqdirdə əhalidə sual yaranır: fövqəladə vəziyyət rejimində daha nələr olacaq ki, indi yoxdur?

S.Novruzov: “Əslində hər şey var. Fövqəladə vəziyyətdə bir sıra digər məsələlər olacaq. Məsələn, xüsusi buraxılış vərəqələri ilə nəqliyyat vasitələri buraxılacaq. Həmçinin komendant saatı tətbiq edilir, saat neçədən-neçəyədək hərəkətə icazə veriləcək, ondan sonra hərəkət etmək olmaz. Bir də zərurət yaranarsa, mətuat orqanları, siyasi partiyalar, QHT-lər həmin dövrdə fəaliyyətini dayandırır. Onsuz da bizdə karantinin sərt forması artıq tətbiq olunur”.(musavat)

E.Paşasoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam