Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

​YAP Şəmkir təşkilatının “koronavirus” şousu -FOTOFAKTLAR

 

 Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır.
Yenixeber.org: Yeni növ koronavirus - COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir.
Dünyanı bürüyən pandemiya həm də, yer kürəsinin insanlarını, o cümlədən, bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.
ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində xeyli işlər görülüb.
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi diqqəti və nəzarəti altında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyətdən çıxış edərək lazımi addımları atmaqda, ölkə əhalisinin sağlamlığının qorunması, baş verə biləcək fəsadların önləyici tədbirlərlə zərərsizləşdirilməsi  üçün təsirli tədbirlər görməkdədir.  
Dövlətimiz bütün imkanlarını bu vəziyyətdə zərər görə biləcək istiqamətlərin dəstəklənməsi, ölkə xaricində olan soydaşlarımızın, aztəminatlı və həssas qrupların problemlərinin həll edilməsinə, bütövlükdə isə ölkəmizdə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsinə yönəltməkdədir.
Bir sözlə, Azərbaycan dövləti, müvafiq icra hakimiyyəti orqanları, tibbi və sanitar epidemioloji müəssisələrimiz, nəhayət günümüzün qəhrəmanları sayılan həkimlərimiz, bütün sanitar və tibbi personalımız üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə və peşəkarlıqla gəlməkdədirlər.
Amma bütün bu işlərlə yanaşı YAP Şəmkir rayon təşkilatı, başda sədr Fəxrəddin Vəliyev olmaqla, əməkdaşları ancaq şəkil çəkdirib sosial şəbəkələrdə insanları aldatmaqla məşğuldurlar.
Belə ki, ziyarət etdikləri ailələr sosial təminat baxımından kifayət qədər təmin olunmuş insanlardır. O insanlar hamısı ailələri ilə birlikdə yaşayır, nə baxılmağa, nə qulluğa ehtiyacı yoxdur. Vaxtilə hamısı yüksək vəzifələrdə işləmiş, Hal hazırda da yüksək məbləğdə pensiyalar almaqdadırlar.

Süleyman müəllim - uzun illər Şəmkir Konyak Zavodunun direktoru işləyib. Hal hazırda Çinarlıda Şərab zavodu fəaliyyət göstərir yüksək pensiya alır.

Xasay həkim. Uzun illər Mərkəzi Xəstəxanada şöbə müdiri işləyib, oğlu son zamanlara qədər Vergilər nazirliyində işləyib, çox imkanlı və təmin olunmuş insandır.

Əsəd müəllim. Uzun illər Şəmkir rayon Polis Şöbəsinin rəis müavini işləyib, yüksək pensiya alır, oğlu ilə birlikdə yaşayır, oğlu Yalçın valyuta dəyişəndir.

Şahin müəllim. YAP Şəmkir rayon təşkilatının əməkdaşı İlkin Musayevin atasıdır. Təhsil Şöbəsində işləyir.

Sabir Quliyev. 20 ildən artıq Şəmkir rayon Icra Başçısının müavini işləyib, hazırda şəhər bələdiyyəsində işləyir, yüksək pensiya alır, normal maaş alır hal hazırda. Oğlu və gəlni ilə birlikdə yaşayır.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam