Redaktor seçimi
Daha bir rus yazıçıdan sensasion iddia:
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
KÜRDƏMİR SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR:
Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?
Qardaşı Fuad Muradovu biabır etdi:
General Səfər Mehdiyevin qohumu maşınla adam öldürdü- 
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyada özbaşınalıq-
Günün xəbəri

Füzuli rayonunda- koronavirus epidemiyasına qarşı mübarizə

 

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib.

Yenixeber.org: Koronavirus ( COVİD – 19) epidemiyasının yarada  biləcəyi  təhlükəni  aradan  qaldırmaq  məqsədilə  respublikanın  bütün  digər  bölgələrində  olduğu  kimi  Füzuli  rayonunda  da təxirəsalınmaz  tədbirlər  həyata  keçirilir.

Vəziyyəti nəzarətdə  saxlamaq  və  operativ  tədbirlər  həyata  keçirmək məqsədilə  rayon  qərargahı  yaradılmışdır.

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  yanında Operativ  Qərargahın sərəncam  və tövsiyələrinə  uyğun  olaraq  Füzuli  Rayon  İcra  Hakimiyyətində  vətəndaşların  müraciətlərinin dinlənməsi  əsasən  mobil  telefon  vastəsilə  həyata  keçirilir.

Rayonun  işğaldan  azad  edilmiş  ərazilərində  fəaliyyət  göstərən  bütün  təhsil, mədəniyyət  və  tibb müəsisələri  binalarının, inzibati  binaların , yaşayış binalarının, yolların,küçələrin  xüsusi  məhlullar  vastəsilə dezinfeksiyası  davam etdirilir. Bu  günə  qədər  ərazidə rayon GEM tərəfindən  46  təhsil  müəsisəsi, 64  mədəni maarif müəssisəsi , 32 bağça, 58 digər  təyinatlı bina , 30 ictimai- yaşayış binasında  dezinfeksiya  işləri həyata  keçirilib. 

Paralel  olaraq  rayon  Baytarlıq  İdarəsi tərəfindən 23  fermada və  “ mal bazarı “ adlanan ərazidə  mütəmadi dezinfeksiya işləri  görülür.

Yarana  biləcək  təhlükənin  qarşısını  almaq  məqsədilə  rayonun Kommunal  Xidmətlər İdarəsi  xüsusi  gücləndirilmiş  iş  rejiminə keçib. GEM  və Kommunal Xidmətlər  İdarəsinin  birgə  əməkdaşlığı  ilə xüsusi  texnikalar  vastəsilə  Horadiz şəhərinin  küçə  və prospektlərində , yaşayış  binalarının çıxışlarında , pilləkənlərdə, parklarda,tullantıların toplanması  üçün koteynerlər  qoyulmuş  meydançalarda , o cümlədən Böyük  Bəhmənli kəndi  ərazisində , məcburi  köçkünlər üçün  salınmış  Zobucuq  qəsəbələrində,” 4 yol “ adlanan ərazi  istiqamətində  dezinfeksiyaedici  yuyulma işləri  həyata  keçirilib.

Füzuli  rayonunun  bütün səhiyyə  müəssisələri  24 saatlıq iş rejimində fəaliyyət  göstərir.  Rayonun  səhiyyə  işçiləri  tərəfindən  əhali  arasında maarifləndirici  söhbətlər  aparılıb, epidemiyadan  qorunmaq  üçün  gigiyena  qaydalarına ciddi  riayət  etmələri tövsiyyə olunub. Bu  günə qədər  ərazidə  əhali  arasında   22036     nəfərin  termometriyası  aparılıb , 186   nəfərdən  yaxma  nümunələri  götürülərək  analiz  üçün  müvafiq  laboratoriyalara  göndərilib. 

Operativ  Qəqargahın  sərəncam  və  tövsiyələrinə  uyğun  olaraq  rayon  ərazisində  ərzaq  mağazaları  və  apteklər  istisna  olmala  bütün  ictimai- iaişə obyektlərində  iş  rejimi  saat 12.00 – dan  15.00 –dək  müəyyən edilib.

Rayon  ərazisində  yaşı 65-dən yuxarı  olan şəxslərin  küçəyə  çıxması  qadağandır. Bu səbəbdən də  RİH  və ƏƏSM  Nazirliyi yanında  DSMF-nin  Füzuli  rayon  şöbəsinin  əməkdaşları  tərəfindən  tənha  yaşayan , yaşı 65 –dən yuxarı olan  şəxslərə  sosial  xidmətlər  göstərilməsi  üçün   müvafiq   tədbirlər görülüb. Küçələrdə , ictimai yerlərdə  10  nəfərdən artıq  qruplarla toplaşmaq  qadağan  edilib.  Əhaliyə alış – veriş  zamanı ara  məsafəsini 2 m olaraq  saxlamaq  tövsiyyə  olunub.

Gündəlik  olaraq  səsgücləndiricilər  vastəsilə  əhaliyə   maarifləndirici  təlimatlar  çatdırılır , karantin  qaydalarına ciddi  əməl  etməyə çağırışlar edilir.

Operativ  Qərargahın tövsiyə  və sərəncamlarına  uyğun  olaraq  ərazidə toy, nişan və bu kimi  toplu mərasimlərin  keçirilməsi  qadağan  olunub. 

Qeyd  edək  ki, son  yeddi  ildə Füzuli  rayonunda  yas  yerləri  sadələşdirilmiş  qaydada  həyata  keçirildiyindən   Operativ  Qərargahın yas  yerləri  ilə bağlı  verdiyi qərarın  icrası heç  bir  çətinlik  törətməmişdir. Belə  ki, yas  yerləri qapalı məkanlardan istifadə  etmədən , çadırlar  qurulmadan , əhalinin kütləvi  toplantısı  olmadan tam sadə  şəkildə həyata  keçirilir.

Rayon  ərazisində  koronavirus  epidemiyasının yarada biləcəyi təhlükəni  aradan qaldırmaq məqsədilə  müvafiq  tədbirlərin həyata keçirilməsi davam etməkdədir.

 

 

 

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}