Redaktor seçimi
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI-
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –
Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -
Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:
Günün xəbəri

İtaliyada koronavirusa qalib gələn “bir nömrəli xəstə” danışdı: “Dünyada ən gözəl şey nəfəs ala bilməkdir”

 

İtaliyada fevralın 20-də koronavirusa yoluxduğu məlum olan və xəstəliyə qalib gələn “bir nömrəli xəstə” ilk dəfə təəssüratlarını paylaşıb.
Yenixeber.org: Lombardiyada yaşayan 38 yaşlı Mattia dünyada ən gözəl şeyin nəfəs ala bilmək olduğunu deyib:
“Mənə 18 gün reanimasiya şöbəsində yatacağımı dedilər. Sonra isə yoluxucu xəstəliklər şöbəsində müalicə aldım, burada real dünya ilə ilk təmasımı qurdum və həyatda ən sadə, lakin ən gözəl şey olan nəfəs almağa başladım”.
O, müalicə edilə bildiyi üçün çox şanslı olduğunu deyib və dünyaya gələcək körpəsinin yolunu gözlədiyini bildirib.
İtaliyada koronavirusun ilk dəfə çinli turist cütlük tərəfindən yayıldığı məlum olsa da, Mattianın virusa hansı şəxsdən yoluxması müəyyən edilməyib.
O, aktiv sosial həyatı olduğu üçün “virusu super yayan” olaraq tanınıb.
Mattia fevralın 18-də qrip əlamətləri ilə xəstəxanaya müraciət edib. Ona koronavirus testi edilməyib və xəstəxanada yataraq müalicə olunması təklif edilsə də, evinə qayıdıb.
Ertəsi gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişidə koronavirus müəyyən edilib. Bundan sonra həmin xəstəxanada işləyən tibb işçilərinin də virusa yoluxduğu məlum olub.
Mattianın atası koronavirusdan həyatını itirib, hamilə arvadı isə bir neçə gün xəstəxanada müalicə edildikdən sonra evə buraxılıb.
İtaliyada ilk yerli yoluxmanın müəyyən edildiyi Mattianın virusa necə yoluxduğu məlum olmayıb və “sıfır nömrəli xəstə” tapılmayıb. Alimlər təxmin edirlər ki, virus ölkəyə müəyyən edildiyi vaxtdan da əvvəl gəlmiş ola bilər və Mattia, bəlkə də, “bir nömrəli xəstə” deyil, “iki yüz nömrəli xəstə”dir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam