Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cavid Qurbanovla bağlı İLGİNC İDDİALAR -Satqınlıq, şantaj


 Yenixeber.org: Son günlər fəaliyyətindəki neqativlərlə diqqətə gələn “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza yeni informasiyalar daxil olub. Bəri başdan qeyd edək ki, əldə etdiyimiz məlumatların bəziləri ilə bağlı araşdırma apardığımızdan onları növbəti günlərdə diqqətinizə təqdim edəcəyik. Hələliksə...

Cavid Qurbanov dostlarını necə "satıb"...

Xatırladaq ki, mətbuata açıqlamalarının birində Cavid Qurbanov keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovla yaxın dost olduğunu bəyan etmişdi və hətta karyera yüksəlişində də Ziya Məmmədovun müstəsna xidmətlərini danmırdı. Amma sonrada onların arası müəmmalı səbəbdən dəydi.

Bunu xatırladan məlumatlı mənbə iddia edir ki, Cavid Qurbanov həm Ziya Məmmədov və həm də sələfi Arif Əsgərovla həqiqətən də yaxın münasibətlərdə olmasına rəğmən sonradan onlar barəsində "yuxarılara" məlumatlar ötürərək hər iki şəxsin gözdən düşməsinə müvəffəq olub. Bununla da kifayətlənməyən Cavid Qurbanov paralel olaraq mətbuatda da hər iki sabiq məmurun nüfuzdan salınması üçün əməlli-başlı çaba sərf edib.

Qarşılıqlı şantaj...

Mənbəmiz iddia edir ki, ardından Cavid Qurbanovun susdurulması üçün hərəkətə keçən dostlar artıq etimaddan düşdüklərindən əllərində olan və həqiqətən də Cavid Qurbanovu bitirə biləcək faktları ictimailəşdirməkdən belə yayınırlar. Mənbə iddia edir ki, ilk başdan onlar da “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbbərinə adekvat cavab vermək fikrinə düşüblər və Cavid Qurbanocun "Azəryolservis" rəhbərliyindəki yeyintisini ifşa edən faktları ictimailəşdirməyi qərarlaşdırıblar.

Sonradan bu msələnin daha böyük ajiotaja səbəb olacağını və bu işdə çoxlarının yana biləcəyini bildiklərindən fikirlərindən daşınıblar.

Beləcə görəvə gəlib...

Mənbə iddia edir ki, bu gün də Cavid Qurbanov bəzi çevrələri açıq şəkildə şantaj etməklə məşğuldur: "Bu, səlində QSC sədrinin qabaqcadangəlmişliyi kimi də qəbul oluna bilər. Çünki əks halda, özü eyni üsulla mövqelərini itirə bilər və hətta fəaliyyəti araşdırılarsa, barəsində hüquqi işləmlər də aparıla bilər...

Araşdırmalarımız davam edir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam