Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cavid Qurbanovun keçmişindəki QARA MÜƏMMA... -Hələ də cavabı verilməyib...

 
Yenixeber.org: Son günlər «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanovla bağlı ilginc araşdırma faktları təqdim edirik ki, bu da oxucular tərəfindən xüsusi diqqətlə qarşılanmaqdadır. Bunu elə elektron ünvanımıza QSC sədri ilə bağlı göndərilən materialların sayından da duymaq olur. Həmin faktları bir-bir ictimailəşdirmək qərarını vermişik və ilk olaraq startı Cavid Qurbanovun ilk karyera yüksəlişi dövrlərindən başlamaq qərarını verdik. Burada diqqətçəkən əsas məqam QSC sədrinin həmin dönəmdəki müəmma dolu karyera yüksəlişi ilə bağlıdır. Beləliklə bizə yazırlar:

"Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə Ulu Öndər, mərhum prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə mərhum prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: “Cavid Qəmbər oğlu Qurbanov (FƏRMANLA BURADAN TANIŞ OLA BİLƏRSİNİZ) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.”

Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələrdə davam etdirib. O, mərhum prezidentin həmin fərmanından sonra da 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.

2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Hələlik, Ulu Öndərin yuxarıda bəhs olunan fərmanı barədə Cavid Qurbanovun özü və ya yaxınlarının hər hansı şərhi səslənməyib".

Bu faktı xatırladan oxucumuz saytımız vasitəsilə Cavid Qurbanovdan bu məsələyə aydınlıq gətirməsini istəyir. Biz də öz nözvbımizdə qeyd olunan məqamla bağlı bütün fikirləri olduğu kimi yaymağa hazır olduğumuzu bəyan edirik.

Mövzu diqqətimizdədir...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam