Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Zakir Fərəcovun tikdiyi, İlyas Həsənovun yaşıllaşdırdığı Sumqayıtın görünməyən mənzərəsi

 

Mövzu ətrafında apardığımız araşdırmalar zamanı olduqca maraqlı məlumatlar əldə edib. Belə ki, Sumqayıtda tikinti, quraşdırmadan başqa, ərazilərin yaşıllaşdırılması işlərinin aparılması üçün də dövlət tərəfindən kifayət qədər vəsaitlər ayrılıb. Bu vəsaitlərin təyinatı üzrə xərclənib,xərclənməməsi də şübhəli məqamlar ortaya çıxarır.Sabah buradan da hansısa sahibkarın Zakir Fərəcovdan pul tələb edəcəyi istisna deyil. Çünki tikinti işlərində olduğu kimi,yaşıllaşdırma da hansısa sahibkarın ya boynuna qoyulub,ya da pulun ödəniləcəyi barədə vəd verilib.

Şəhərin yaşıllaşdırılması işinə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi baxır. İcra Hakimiyyətinin başçısı olmamışdan çox-çox illər əvvəl, Zakir Fərəcovun əmək fəaliyyətinə başladığı Mənzil Kommunal Təsərrüfatı Birliyi burada əsas rol oynayan qurumdur. O idarə ki, müdiri uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşı,ixtisasca ingilis dili müəllimi olan İlyas Həsənovdur. Bu həmin İlyas Həsənovdur ki, Zakir Fərəcov hələ Sumqayıt şəhər Bələdiyyəsinin sədri olandan sözügedən vəzifəni tutmuşdu. Əvvəllər bu şəxslər arasıında çox yaxşı münasibətlər olmasına baxmayaraq, Zakir Fərəcov Sumqayıta İcra başçısı gəldikdən dərhal sonra onu tutduğ vəzifədən kənarlaşdırmaq üçün çox yollara əl atdığı bildirilir. Amma görünür Əli Həsənovun hələ də ölməyən nüfuzu 70 yaşlı İlyas Həsənovu köhnə dostun, yeni başçının istəyini yerinə yetirməyə imkan verməyib. Lakin Zakir Fərəcov da inadından əl çəkməyərək orada çalışan yerlisi Mübariz adlı şəxsi İlyas Həsənova müavin təyin etməklə idarədə nəzarəti demək olar ki,tam əlinə almış olub.

Bəs Zakir Fərəcovun bu idarəyə israrla öz kadrını yerləşdirmək istəyi, İlyas Həsənovun isə Sumqayıtın yaşıllaşdırma idarəsini  əldən verməmək istəyi nə ilə bağlıdır? Bir İcra başçısı olaraq Zakir Fərəcov burada çoxlu pulların olduğunu çox gözəl bilir. Axı,yuxarıda qeyd etdiyimiz kimi, özü də əmək fəaliyyətinə buradan başlayıb. Ölkə başçısı İlham Əliyev tərəfindən dövlət məmurlarının,vəzifəli şəxslərin işçilərin maaş kartlarının əllərindən alması məsələsi hələ gündəmə gətirilməmişdən bu idarədə də, bunabənzər çox işlər olub. Bu gün də Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsində çalışan işçilərin sayını bilən yoxdur. Məlumatlara görə adı burada ştat cədvəlində olan, lakin aylarla deyil,illərlə idarəyə ayaq basmayan adamlar var ki,onların əmək haqqı kartları hələ də İlyas Həsənovdadır.İdarədə hələ hər şey bununla bitmir. Şəhərdə yaşıllıqların salınması üçün dövlət tərəfindən ayrılan külli miqdarda vəsaitlər də İlyas Həsənovun və Zakir Fərəcovun adamı olan Mübarizin vasıtəsi ilə talan edilir.

Götürək elə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin 07.10.2019- cu il tarixdə yaşıllıqların satın alınması üzrə elan etdiyi tenderi. Sözügedən tenderin qalibi “CRATOS-BOOKSTORE” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və idarədən yaşıllıqların salınması üçün 299100 manatlıq dövlət sifarişi alıb. Lakin bu yaşşılığın harada salınması,nələrin alınması barədə heç bir məlumat yoxdur. Qeyd edək ki, sözügedən MMC 5 saylı Ərazi Vergilər İdarəsində 05.03 2018 ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi unvanı Sabirabad rayonu Nizami sovxozu olan MMC-nin nizamnamə kapitalı cəmi 5 manatdır. Qanuni təmsilçisi Quliyev Rəşad Rəşid oğlu olan MMC-nin fəaliyyət sferası barədə heç bir məlimat yoxdur.İnternet resurslarında Rəşad Quliyevin Türkan qəsəbəsində yeləşən evindən 2000 manat, 200 dollar və 5000 manat dəyərində qızıl zinət əşyalarının və ov tüfənginin oğurlanması barədə 2014-cü ildə yayılmış xəbərlərdən başqa heç bir məlumat yoxdur.

Aktualinfo.org-un apardığı araşdırmalarda o da məlum oldu ki,  Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin elan etdiyi bir çox tenderlərdə qaliblərin adı ictimaiyyətdən gizlədilir.Yəni idarə tərəfindən tender elan olunduqdan sonra zərflərin açılması tarıxi barədə məlumat yerləşdirilsə də ayrılan vəsaitin miqdarı və tenderin qalibi olan şirkət barədə məlumatlar ya bilərəkdən gizlədilmiş, ya da satınalmalıarın saytından çıxarılmışdır.

Məsələn,Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 16.01.2020 ci il tarixdə”Xalq” qəzetində yaşıllıqların satın alınması üzrə elan etdiyi tender zərfinin açılması tarıxı 18.02 2020 göstərilsə də qalib haqqında hələ də heç bir məlumat verilməyib. Dəyəri məlum olmayan bu tender vasitəsi ilə Yaşıllaşdırma İdarəsinin aldığı bitkilərin siyahısına nəzər salmaq kifayət edər ki, sazişin qiymətini təxmini təxmin edəsən.  Qeyd edək ki,bu tender zərfi 18.02.2020-ci ildə açılmalı olsa da qalib haqqında hələlik heç bir məlumat verilməyib.

Alyandra iri gövdəli və hündür 625 ədəd
Lakfiola müxtəlif rəngli 35000 ədəd
Portulak uzunömürlü 65000 ədəd
Pitusprom uzunömürlü 150 ədəd
Səmşid iri gövdəli və hündür 200 ədəd
Palma iri gövdəli və hündür 40 ədəd
Buksus uzunömürlü 20 ədəd
Zeytun iri gövdəli və hündür 2000 ədəd
Zeytun iri gövdəli və hündür 2000 ədəd
Xan çinarı iri gövdəli və hündür 3500 ədəd
Alyandra iri gövdəli və hündür 625 ədəd
Xoruz pipiyi müxtəlif rəngli 25000 ədəd
Mojavinik uzunömürlü 500 ədəd
Qeyri üzvü gübrə (peyin) əkin üçün yararlı 160 m(3)
Qeyri üzvü gübrə (peyin) əkin üçün yararlı 160 m(3)
Lepkoy müxtəlif rəngli 50000 ədəd
Fosfor gübrəsi əkin üçün yararlı 2000 kg
Romaşka müxtəlif rəngli 2500 ədəd
Sərv iri gövdəli və hündür 1000 ədəd
Beqoniya müxtəlif rəngli 8000 ədəd
Leylandra hündür 150 ədəd
Münbit torpaq əkin üçün yararlı 800 m(3)
Rulon qazon çox illik və keyfiyyətli 3000 m(2)
Geran müxtəlif rəngli 17200 ədəd
Gızıl gül iri və müxtəlif rəngli 20850 ədəd
Xoruz pipiyi müxtəlif rəngli 25000 ədəd
Çinar iri gövdəli və hündür 690 ədəd
Azot gübrəsi əkin üçün yararlı 2000 kg
Taqedas müxtəlif rəngli 9190 ədəd

Sumqayıtda 2019-2020-ci illər üçün yaşıllıqların salınması üzrə 22.12.2019 cu il tarıxdə açılmalı olan tenderdə yaşıllaşdırma idarəsi aşağıda göstərilən malların satinalmasını 20.11.2019 cu il tarixdə elan edib. Lakin bu tenderin qalibi kim olub, bu malların qiyməti və çatdırılmsı barədə heç bir məlumat yoxdur.Maraqlı burasıdır ki,yaşıllaşdırma idarəsi eyni bitkilərin alınması üçün yanvar ayının 16-da yenidən tender elan edib və fevralın 18-də açılmalı olan zərflər paketi haqqında heç bir məlumat yoxdur.

Münbittorpaq əkin üçün yararlı 850 m(3)
Qeyri-üzvi gübrə keyfiyyətli 80 m(3)
Xan çinar ağac 1500 ədəd
Zeytun ağac ağac 150 ədəd
Siniarin müxtəlif rəng 4500 ədəd
Ramaşka müxtəlif rəng 10000 ədəd
Alyandra ağac 885 ədəd
Qızılgül müxtəlif rəng, iri 36000 ədəd
Pitsporm kol 200 ədəd
Geran müxtəlif rəng 26000 ədəd
Rulon qazon çoxillik, uzunömürlü 10000 m(2)
Palma hündür, uzunömürlü, iri gövdəli 20 ədəd
Taqedas müxtəlif rənglərdə 2000 ədəd
Primula müxtəlif rəng 7250 ədəd
Leylandra ağac 120 ədəd

Bunlardan əlavə axtarış zamanı sözügedən idarə tərəfindən 9 oktyabr 2018 ci ildə yaşıllıqların salınması işlərinin satınalınması üzrə keçirmiş olduğu tenderin nəticələri barədə məlumatlar da nə üçünsə yoxdur? Elana görə i 7 noyabr 2018-ci il də açılmalı olan təkliflər zərfi barədə məlumatlar nə üçünsə  gizlədilib və yaxud da açıqlanmayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən 2019-cu il üçün Sumqayıt şəhərində yaşıllıqların salınması işlərinin satın alınması məqsədilə 10 iyun 2019 cu ildə elan olunmuş tender barədə də heç bir məlumat yoxdur. Elana görə 8 iyul 2019-cu il tarıxdə açılmalı olan təkliflər paketinin qalibi barədə də heç bir məlumat yerləşdirilməyib.

Sözügedən idarənin Sumqayıt şəhərində 2019-2020-ci illərdə yaşıllıqların salınmasının satın alınması üzrə 16 noyabr 2019 cu il tarixdə elan etdiyi tenderin 16 dekabr 2019-cu il saat 11.00-da açılacağı bildirilir. Elanda xüsusilə qeyd edilir ki, iddiaçılar açılışın nəticələr ilə portal vasitəsilə tanış ola bilər. Lakin biz iddiaçı olmasaq da portal vasitəsi ilə bu məlumatları nədənsə heç yerdə əldə edə bilmədik.Çünki bu tenderlərin qalibləri onların öz adamlarıdır.Onlar bu yollarla ayrılmış dövlət vəsaitlərini istədikləri şəkildə istifadə edirlər.

Daha maraqlısı isə 30.05.2019-cu ildə elan olunmuş tenderdir. Sözügedən tarixdə 2019-cu il üçün Sumqayıt şəhərində yaşıllıqların salınması işlərinin satın alınması üzrə elan olunmuş tenderin açılışı 09.07.2019, saat 11:00-da Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanında aparılacağı bildirilir. Lakin bu tenderin də nəticələri barədə digərlərində olduğu kimi, heç bir məlumat verilməyib. Qeyd edək ki, digərlərindən fərqli olaraq göstərdiyimiz bu tarixdə elan olunmuş tender vasitəsi ilə 5 milyon manatlıq dövlət sifarişinin satınalması nəzərdə tutulub. Bu 5 milyon manatılıq tenderin qalibi kim olub, işlər harada görülüb, nə kimi mallar alınıb? Bütün bu suallara kim cavab verməli olacaq Zakir Fərəcov, yoxsa İlyas Həsənov? Bu salların cavabını ancaq onlar yaxşı bilərlər. Cünki, artıq neçə illərdir Zakir Fərəcov tikir,İlyas Həsənov isə yaşıllaşdırır. Sumqayıt abadlaşır,gözəlləşir, yaşıllaşır. Amma göz oxşayan bu gözəlliklərin arxasından görsənən mənzərələr nə göz oxşayır,nə də ürək açır.

 Aktualinfo.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam