Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Makarenko adına Gimnaziya iddialara cavab verdi-AÇIQLAMA

Yenixeber.org: Beş gün əvvəl (07-02-2020-ci il tarixdə) saytımızda dərc olunan "Makarenko adına Gimnaziyada dövlət vəsaiti belə “yuyulub içilir”-NONSESsərlövhəli yazıya qarşı tərəfdən cavab verilib. Xatırladaq ki, yazıda sözügedən təhsil ocağının içməli və texniki su ilə bağlı təminatından və bu məqsədlə elan olunmuş müsabiqədən bəhs olunurdu.

Bu gün isə A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyadan yazıda yer alan faktlarla bağlı redaksiyamıza cavab məktubu daxil olub. Məktubda Gimnaziyanın içməli və texniki suya təlabatına və bu istiqamətdə həyata keçirilən işlərə aydınlıq gətirilir. Məlum qanun və prinsiplərə uyğun olaraq məktubu olduğu kimi dərc edirik: 

"Bildiririk ki, A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Gimnaziyada 612 şagird təhsil alır. Gimnaziyanın 1 dördmərtəbəli tədris binası , 2 üçmərtəbəli yataqxanası, qazanxanası, yeməkxanası və çamaşırxanası vardır. Burada təhsil alan şagirdlərin əksəriyyəti Respublikanın müxtəlif rayonlarından olduqları üçün yataq yeri ilə təmin olunurlar. Şagirdlərin gündəlik içməli su təminatı, onların sanitar –gigiyenaları , paltarlarının,yataq dəstlərinin yuyulması işi və həmçinin yeməkxanada görülən işlər daşınan içməli və texniki suyun hesabına həyata keçirilir. Həmçinin bildiririk ki, gimnaziyanın ərazisində 150-dən çox bəzək bitki kolları və 1,5 hektar yaşıl ot örtüyü vardır. Yaşıl ot örtüyü yay aylarında hər gün (qazon) içməli su ilə suvarılır.

Məlumat üçün bildiririk ki, gimnaziya Xəzər dənizinın yaxınlığında

yerləşdiyindən buradakı artezian quyularındakı su şordur və istifadəyə tam yararsızdır.

Yuxarıda qeyd olunanları nəzərə almağınızı və informasiya portalınızda gimnaziya haqqında aydınlıq gətirməyinizi xahiş edirik."

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam