Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Deputat daha bir biznes sahəsinə “əl qoyur”

 

Ərəstun Cavadov elektrik avadanlıqlarının istehsalına başlayır

Azərbaycan Parlamentində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müxtəlif biznes qurumlarına rəhbərlik edən deputatların mövcudluğu hər kəsə bəllidir.
"Xeberinfo.com":  Baxmayaraq ki, qanunvericilik deputatlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir, bu gün Milli Məclisdə onlarla deputat faktiki olaraq iri biznes strukturlarına rəhbərlik edir.
Əsabil Qasımov, Ağalar Vəliyev, Xanlar Fətiyev, Fərhad Qəribov, Çingiz Əsədullayev və s. bu qəbildəndir.
Parlamentdə biznes fəaliyyətilə məşğul olan deputatlar arasında bir isim də var – Ərəstun Cavadov.
Uzun müddətdir paytaxtın ən böyük ticarət mərkəzlərindən birinə, əhali arasında “ÇUM” adı ilə məşhur Mərkəzi Univermağa (MUM) rəhbərlik edən, deputat seçiləndən sonra isə öz yerini digər şəxsə verən, lakin faktiki olaraq yenidən MUM-a sahiblik edən Ərəstun Cavadov qızıl biznesi sahəsində də fəaliyyət göstərir.
Deputatın son vaxtlar biznes sahələrini genişləndirməsi, yeni istehsal sahələrində özünü sınamaq qərarına gəldiyi ilə bağlı editor.az-a özəl məlumat daxil olub.
İnformasiyada bildirilir ki, deputat seçilən gündən bir dəfə Milli Məclisin istər plenar, istər komitə iclaslarında çıxış etməyən, beynəlxalq əlaqələr sahəsində heç bir iş görməyən, seçicilərlə təmasdan yayınan və bu səbəbdən yenidən deputat seçilməsi sual altına düşən Ərəstun Cavadov yenidən aktiv biznes fəaliyyətinə başlayıb.
Onun elektrik avadanlıqları istehsal edən şirkət yaradacağı və bu sahədə inhisarçılıq mövqeyi ilə çıxış edəcəyi deyilir. Hətta deyilənə görə, deputatla “Bakelektrikşəbəkə” rəhbəri Baba Tağıyev arasında müəyyən razılıq da əldə olunub.
Onun quracağı yeni şirkətin adı hələki bizə bəlli olmasa da, şirkətin elektrik transformator istehsalı və satışı, quraşdırılması, sınağı və təmiri ilə məşğul olacağı deyilir. Eyni zamanda yeni açılacaq zavodda vakuum açarlarının və paylayıcı elektrik şkafların istehsalı, quraşdırılması və sınağı da həyata keçiriləcək.
Məsələyə deputatın özündən münasibət öyrənmək istəsə də, onun mobil telefonuna zəng çatmayıb.
pia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam