Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Çaylarda - suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın əsasən Lənkəran-Astara ərazisindən axan Lənkərançayda 22, Vəşərüçayda 10, Təngərüdçayda 58, Viləşçayda isə 18 santimetr artım müşahidə olunub.
Yenixeber.org: Departamentdən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 170, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla onun 150-380 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 123 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 25 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 37 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 112 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 81 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 1 santimetr azalaraq 412, Şirvan məntəqəsində 2 santimetr azalaraq 247, Salyanda 3 santimetr azalaraq 204, Bankə məntəqəsində 12 santimetr azalaraq 189 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 137 santimetrə bərabər olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam