Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Saleh Məmmədovun məntiqinə qalsa... - Bakı-Sumqayıt yolunun aqibəti sual altındadır

 

Saleh Məmmədovun məntiqinə qalsa... -

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri deyib ki, Bakı-Sumqayıt yolu gündəlik 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulub. Bu gün isə Bakıdan Sumqayıta gündəlik 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Saleh müəllimin izahı maraqlıdır. Sənaye parkları, məhəllələri tikilib, buna görə hərəkət artıb. Bəs Xırdalan, Masazır, Muşviq daxil olmaqla Bakının şimal hissəsində davam edən fantastik məskunlaşma?"

Yenixeber.org: Bunu iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, əgər Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı Saleh müəllimin məntiqi nəzərə alınacaqsa demək ki, problemin həllini gözləmək sadəlöhvlük olardı: "Digər tərəfdən, bu məsələ bir daha dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsələləri gündəmə gətirir. Dünyanın çox az ölkələrindənik ki, uzunmüddətli inkişaf strategiyası və fəaliyyət planı olmayan qurumlar tərəfindən təklif edilən və planlaşdırılan layihələrə vəsait ayırırıq. Bir-iki il sonra isə məlum olur ki, bu layihələrə təyinatı üzrə yararsızdır yaxud problemi həll etmir.
Buna görə də dövlət qurumların uzunmüddətli inkişaf planı hazırlanmalı və büdcə prosesi zamanı Maliyyə Nazirliyi bu plan əsasında vəsait ayrılmalı, Hesablama Palatası isə bu plan əsasında müəssisələrin maliyyə təsərüfat fəaliyyətini və vəsaitin ayrılması məsələsini qiymətləndirməlidir. Uyğunsuzluq halında qurumların və layihələrin maliyyələşdirilməsinə məhdudiyyət tətbiq edilməlidir.
Digər məsələ isə qurumlar arası kordinasiya məsələsidir. Təəssüf ki, bizdə bu məsələ institutlaşmayıb. Məsələn, Yol tikintisinin başa çatmasından bir ay sonra yolu qazıb su xətti yaxud kanalizasiya xətti çəkən qurumlar cəzalandırılmalı, xərclər bu qurumların idarəedicilərinin şəxsi büdcəsindən maliyyələşdirilməsi təcrübəsinin tətbiqinə başlanmalıdır.
Birdə ictimai məsuliyyət məsələsi var. Rəsmi açıqlamaya görə, yolda görülən işlər may (2020) ayının sonuna başa çatacaq. Gəlin bu məqamı da məzarətdə saxlayaq, görək heç olmasa bir dəfə düz olacaqmı?"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam