Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İlham Mirzəyev dələduz olaraq qaldı

 

Ali Məhkəmədə həbsdə olan teleaparıcı İlham Mirzəyev məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb. 


"Xeberinfo.com":  Məlumata görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

 

Qərara görə, İlham Mirzəyevin vəkili Xanlar Bayramzadənin  verdiyi kasasiya şikayəti təmin edilməyib. 


Qeyd edək ki, İlham Mirzəyevin vəkili Ali Məhkəməyə göndərdikləri şikayətində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyib. 


Qeyd edək ki, İlham Mirzəyevin vəkilləri bundan əvvəl keçirilən prosesdə şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin onların vəsatəti təmin edilməyib.  


Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.   


İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.  

Teleqraf.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam