Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MÜASİR İDARƏÇİLƏR KİMLƏRDİR?

 

 

Prezident İlham Əliyevin elan etdiyi yeni islahatlar kursu dövlət idarəetməsi prosesinə müasir baxış tələb edir. Dövlət mexanizminin bütün sferalarında həyata keçirilən islahatların aparıcı qüvvəsi tam fərqli, qabaqcıl dünyagörüşlü idarəçilər olmalıdırlar. Müasir təhsil görmüş, oxuduqları ali məktəblərin fəaliyyət göstərdiyi ölkələrin qabaqcıl təcrübəsi ilə tanış olmuş gənc nəsil novator ideyaların vətəndə - Azərbaycanda tətbiq olunması prosesinin önündə dayanmalıdır. 

Bu reallıq ortaya olduqca aktual sual çıxarır: kimdir müasir idarəçilər? Və yaxud onlar necə olmalıdırlar?

Müasir şəraitdə idarəetmə mürəkkəb, ixtisaslaşmış, yüksək texnoloji sferada nümayiş etdirilən fəaliyyət deməkdir. Bu sferada yüksək nəticə göstərmək üçün idarəçilər ali səviyyəli mütəxəssis olmalı, intellektual idarəçilik elitasını təmsil etməlidirlər. Bu baxımdan, müasir idarəçi o şəxslərə deyilir ki, yeni şərtlərin diqtə edildiyi müasir vizyonlu yeni epoxada işləyə bilirlər. Müasir dövrümüzü xarakterizə etmək istəyiriksə, ilk növbədə qloballaşma, informasiya axını və yüksək texnologiyaları qeyd etməliyik. Yeni nəsil idarəçilər bu faktorlardan irəli gələn tələblərə cavab verə bilməlidirlər.

Yeni texnologiyalar insan fəaliyyətinin mühüm komponenti, strateji idarəetmə resursu, müasir cəmiyyətin iqtisadi inkişaf faktoru, sosial stratifikasiya prinsipinə çevrilməkdədir. Ənənəvi sosial institutlar və mexanizmlər qlobal virtual mühitdə modifikasiya olunur. “Elektron demokratiya”, “Kiberokratiya”, “Virtual icma”, “Elektron hökumət” və s. bu kimi yeniliklər həyatımızın ayrılmaz atributlarına çevrilməkdədir. Yeni texnologiyalardan cəmiyyətin vətəndaş, demokratik, siyasi özünütəşkilində istifadə olunur. Bu isə öz növbəsində vətəndaş cəmiyyətinin imkanlarının genişlənməsi ilə nəticələnir.

Digər tərəfdən isə qlobal virtual reallıq dövlətin təhlükəsizliyi və cəmiyyətin maraqlarına zidd olan təhlükələrin zühur etməsi üçün bir platforma rolunda da çıxış edir. Bu səbəbdən dövlət nəzarətin yeni və daha effektiv formalarına əl atmaq məcburiyyətində qalır. Müasir və yeni tələblərə cavab verən idarəçi məhz belə bir mürəkkəb şəraitdə işləməyi bacaran kadrdır.

Yeni formatlı dövlət idarəçisi idarəçilik bacarığı ilə yanaşı, mövcud problemləri və perspektivləri görə bilməli, effektiv kommunikator ola bilməyi və ən əsası, köhnəlmiş, yeni dövrün tələblərinə cavab verməyən, başqa sözlə, təsir gücünü itirmiş, özünü doğrultmayan köhnə idarəçilik metodlarını inkar etməyi bacaran şəxsdir. 21-ci əsrdə əhalinin dövlət aparatından gözləntilərinin sürəti dövlət aparatının özünün inkişaf sürətindən çoxdur. Bu baxımdan, yeni idarəçi mükəmməl təhsilə, zəngin dünyagörüşünə və sahibi olduğu ixtisasda rentabelli işləmək keyfiyyətinə malik olmalıdır. Müasir idarəçiliyin ən vacib trendi komanda ilə işləmək bacarığıdır. Rəhbər komandanı effektiv idarə etməyi bacarmalıdır, işçi isə komanda şəklində işləməyi. Bu baxımdan, yuxarıda qeyd olunan cəhətlərin komanda üzvləri arasında bərabər şəkildə paylaşılması müasir idarəçinin bacarıqları sırasında ən vaciblərdən biridir.

Beləliklə: 

1. Yeni formatlı idarəçi GENİŞ DÜNYAGÖRÜŞÜnə malik olmalıdır. O, siyasət və iqtisadiyyatdakı trendləri bilməli, dəyişikliklər, təhlükə və ya perspektivlərin mümkünlüyünü vaxtında hiss etməlidir; 

2. Müasir idarəçidə daima TƏKMİLLƏŞMƏ istəyi olmalıdır. O, informasiya axınının nəbzini tutmağı bacarmalı, yeni texnologiyalardan istifadə edə bilməlidir. İdarəçi yeni resurslar və müasir texnologiyalardan yararlanmaqla qərar qəbul edə və ya proqnoz verə bilməyin öhdəsindən gəlməlidir; 

3. Yuxarı təbəqə meneceri İNTİZAMLI və yaxşı təşkil olunmalı, istənilən şəraitdə qarşısına qoyulmuş məqsədin öhdəsindən gəlməyi bacarmalıdır. O, emosiyalarını lazımi anlarda cilovlaya bilməlidir. Özünənəzarət işgüzarlığın artmasına köməklik edir; 

4. Müasir idarəçi istənilən şəraitdə komandasının ruhdan düşməsinin qarşısını almalıdır. O, istənilən situasiyada TƏMKİNLİdir və POZİTİVdir

5. İdarəçi mütəmadi olaraq öz komandasının üzvləri, həmkarları, müxtəlif yaş, cins, maraqları təmsil edən şəxslərlə ünsiyyətdədir. Onun uğuru təmasda olduğu şəxslərlə UĞURLU KOMMUNİKASİYA qurmasından çox asılıdır.

21-ci əsrdə idarəetmə prosesində tələb olunan ən mühüm cəhətlərdən biri yaradıcı yanaşmadır. Müasir liderlərin kreativliyi, kommunikasiya bacarıqları, empatiya üzərindən idarəetmə qabiliyyəti müasir həyatımızda uğurun başlıca səbəblərinə çevrilib. Qərbin idarəçilik və biznes mühitində hakim olan qənaətə görə, klassik idarəçilik təhsilinin idarəçilərdə kommunikativ bacarıqlar, emosional intellekt, tənqidi düşüncəni tam şəkildə inkişaf etdirməyə gücü çatmır. Buna görə də idarəçilərə iş yerlərində humanitar, yaradıcılıq sahələrinə dair korporativ kurslar təşkil olunur. Müasir informasiya texnologiyaların inkişafı ilə əlaqədar olaraq idarəçilər və menecerlərdən texniki elmləri bilmək tələb edilir. Eyni zamanda, son bir neçə ilin izlənilən tendensiyasına görə, hətta texnoloji qurumlarda belə idarəçilərin ən yaxşıları humanitar biliklərə malik olanlardır. Bütün bunlar ona dəlalət edir ki, müasir idarəçi öz sahəsi və ixtisasını mükəmməl bilməklə yanaşı, həm humanitar, həm də texnoloji biliklərə də sahib olmalıdır.

Bəs qeyd olunan bacarıqlara malik şəxsin özünü idarəçi olaraq cəmiyyətə təqdim etmək imkanı varmı? Bu suala Prezident İlham Əliyev tərəfindən təsis olunmuş “Yüksəliş” müsabiqəsi cavab verməyə iddialıdır. Ölkə başçısı idarəetməyə yeni kadrların cəlb olunmasının zərurətə çevrildiyini bəyan etməklə yanaşı, perspektivli rəhbər şəxslərin müəyyən edilməsinin mexanizmini də təqdim edib. Bir sözlə, müasir idarəçilər üçün yeni platforma – “Yüksəliş” müsabiqəsi təsis olunub. Tələb edilən ədalətli rəqabət mühitində qalib olub, gələcəyi quran şəxslərin sırasında yer almaqdır.

Rüstəm QARAXANLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam