Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Abşeronu viran qoyan “kraliça” özünü birinci vitse-prezidentə bənzədir? –FOTOLAR

 

 

Yenixeber.org: Son illərdə ölkədə bir çox yüksək postlarda, o cümlədən rayon icra hakimiyyətlərində müavin postlarında xanımlar yer almağa başladı.Onlardan biri – Abşeronun icra başçısı müavini olan İradə Gülməmmədova karyera yüksəlişi yaşayarq həmcinsləri arasından seçildi və bu rayona icra hakimi təyin olundu. İndi Azərbaycanda yeganə xanım icra başçısı D.Camalovadan sonra İ.Gülməmmədovadır. Onun karyerasının pik nöqtəsinə qalxmaqda hansı siyasi güclərin təsiri olub-olmadığını söyləmək çətindir.
Böyük gözləntilər vardı ki, xanım icra başçısı kişi həmkarlarından fərqlənəcək, daha humanist, ana və qadın ürəyi ilə Abşerona yanaşacaq, insanların və rayonun problemlərinə isti münasibət sərgiləyəcək. Amma cumhuriyyet.az olaraq son illərdə sakinlərin şikayətlərini və mediada yer alan məlumatları nəzərə alaraq bildirək ki, bir çox rayonlarda kişi icra başçılarının xalqa və sahibkarlara “qan uddurması” İ.Gülməmmədovanın yanında yalan oldu. Demə, xanım icra başçısı özünü kraliça elan edərək rayonu viran qoyacaqmış. O, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən nümunə götürmək əvəzinə Abşeronu “cəhənnəm yuvası”na döndərdi. Bu gün Abşeron rayonunun mərkəzi olan Xırdalan qəsəbəsi Əfqanıstana oxşayır: hər yer tör-töküntü, çirkab, palçıq, yağış suları dizə qədər… Bu öz yerində… Abşeron rayon ərazisində tikinti işləri aparan vətəndaşların rüşvət və zorakılıqdan şikayəti kifayət qədərdir. Abşeron rayon icra başçısının müavini Fuad Cəbrayılovun və Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyev tərəfindən idarə olunan sistem vətəndaşlara gerçəkdən zülm edir. Şəhid ailəsindən tutmuş imkansızlara, Qarabağ qazlərindən tutmuş əlillərə qədər onlarla vətəndaşlara edilən haqsızlığın səs sədası video və foto faktlarla ölkə mediasında yer alıb.
Abşeronda “Kraliça” kimi tanınan yeganə qadın icra başçısı İradə Gülməmmədova nə üçün əhaliyə biganə yanaşıb onların sosial durumları ilə yaxından maraqlanmır? Əhalinin istifadəsində olub da istifadəsi çətin və bərbad olan yolların baxımsız olamasıyla, səhiyyədə baş alıb gedən rüşvətin, haqsız yerə pasientlərdən pulların tələb edilməsiylə, bayramları bəhanə edib bir neçə gün dərsləri dayandıran bərbad təhsil sistemi ilə, hər hansı bir tikiliyə görə icazə sənədi üçün böyük məbləğin tələb olunmasıyla niyə maraqlanmır? Niyə müdaxilə olunmur? Yoxsa şəxsi bizneslər daha önəmlidir və sakinlərə ayıracaq xüsusi vaxtları belə yoxdur? Bütün bu sualları cumhuriyyet.az olaraq rayon icra hakimiyyətinə ünvanlayır və bizə qəzəbindən öncə dekanbrın 12-də rayon ərazisində ləğv edilən dərs gününə, tikintiyə razılığın Xırdalanda kvadratı 20-25 manat, Saray, Masazır,Novxanıda kvadratı 15-20 manatdan hesablanan qiymətləri haqda düşünməyi məsləhət bilirik.
Bütün sadalananlar Abşeron rayonunda uşaqdan böyüyə hər kəsin bildiyi faktlardır. Amma bütün bu əməllərin arxasında imzası olan xanım icra başçısının özünü təbliğ üsulları reallığın tam əksinədir. Bununla bağlı cumhuriyyet.az olaraq iki məqamın üzərində durmaq istərdik. Təqdim etdiyimiz foto bu il dekabrın 11-

də Aşağı Güzdək 29 saylı körpələr evində çəkilib. İxtisasca pediatr olan icra başçısının uşaqların yatdığı vaxt məkanda olması bir yana, hətta baxılsız və üst geyimində bura daxil olması qəbuledilməzdir. Onu da qey edək ki, bu İ.Gülməmmədovanın körpələr evinə xüsusi ziyarəti deyil. Xanım icra başçısı Güzdək qəsəbəsində səyyar qəbul keçirdikdən sonra bura gəlib və səyyar qəbulla bağlı xəbərlərdə bu foto xüsusi olaraq tirajlanıb. Diqqətli oxucular yəqin görüntülərdən birinci vitse-prezzident Mehriban xanım Əliyevanın mütəmadi olaraq uşaq baxçalarını ziyarət etməsinə bənzərlik hiss etdi. Bunu təsaüf saymaq olardı. Başqa bir fakt olmasaydı…

Adətən görmüşük ki, məktəb dərsliklərində, jurnallarda Ulu Öndər Heydər Əliyevin, prezident İlham Əliyevin və ölkənin 1-ci xanımı Mehriban Əliyevanın fotoları əks olunur. Abşeronun icra başçısı İradə Gülməmmədova isə özünü onlarla eyni ranqda görür. O, özünün şəkllərini məktəbli kitabçalarına saldıraraq təhsil müssisələrində paylaşdırır. Əlbəttə ki, İradə Gülməmmədova bütün bu addımları düşünərək atır. İradə xanım ağıllı bir xanımdır, onun heç vaxt düşünmədən belə bir addım atmasını fikirləşmək özü bir sadəlövlükdür. Görünür ki, xanım başçı əlinə düşün vəzifədən məharətlə yararlanmaq qənaətindədir. Yəqin ki, o da hər kəs kimi adının tarixə “Qızıl hərifərlə” həkk olmasını istəyir. Ona görə də fotolarını dərsliklərə saldıraraq adının tarixə qovuşmasını, çıxışlarını dərs vəsaiti kimi qəbul olunması tələbində bulunur. İ.Gülməmmədova bəlkə Azərbaycanın görkəmli alimidir, yaxud akademikdir, bilmirik… Amma cumhuriyyet.az olaraq təqdim etdiyimiz fotolardan aydın olur ki, məktəbli kitabçasının içərisinə vurulan fotolar icra başçısı İradə Gülməmmədovanın Novruz şənlikliklərindən birində iştirakı zamanı çəkilib. Bu cür gündəliklər rayon məktəblərində şagirdlərə verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib. Nə bildirilsin axı?! Sözsüz ki, Abşeron RİH başçısı, el arasında “kraliça”, “imperatriça” adları qazanmış İradə Gülməmmədovanın tapşırığı əsasında hazırlanıb.
Bütün iddialarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam