Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Heydər Əsədovdan etiraf: Mənimsəmə var

 

Kənd təsərrüfatı istehsalçılarının müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi və onların gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə göstərilən dövlət yardımları tədbirləri 2014-cü ildə də davam etdirilib

"Xeberinfo.com":  Məlumata görə, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyi yayıb. 
Bildirilir ki, Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tariхli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na uyğun olaraq 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 503,8 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 150 min istehsalçıya 20,1 milyon manat yardım ödənilib.
Bundan əlavə, Respublika Komissiyasının 2014-cü il 08 aprel tarixli qərarına uyğun olaraq Respublika Komissiyasının tərkibinə daxil olan aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən təşkil olunmuş monitorinq qrupu tərəfindən Beyləqan, İmişli və Şabran rayonları üzrə istehsalçılara buğda səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlardan istifadənin müvafiq qaydalara uyğunluğu vəziyyəti ilə bağlı yerlərdə monitorinqi keçirilib. Monitorinq aparılmış rayonlarda buğda əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadəsi sahəsində bir sıra ciddi hüquqpozmalar müəyyən edilib Bunları nəzərə alaraq Beyləqan, İmişli və Şabran rayonları üzrə aparılmış monitorinqlərin ilkin nəticələrinə dair toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tariхli 32 nömrəli qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na əsasən 1295,7 min hektar əkin sahəsinin və çoхillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 384 min istehsalçıya 51,8 milyon manat yardım verilmişdir.
Respublika Komissiyasının müvafiq qərarına əsasən həm buğda və çəltik əkininə görə, həm də əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilmiş kənd təsərrüfatı məhsullarının istehsalçılarının siyahısı, onların əkin sahələri və verilmiş yardımın məbləği haqqında məlumatlar hazırlanaraq ictimayyətə açıqlanmaq üçün Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Həmçinin Respublika Komissiyasının 12 avqust 2014-cü il tarixli qərarının icrası ilə əlaqədar "Kapital Bank” ASC-nin yerli filalları ilə birgə rayon (şəhər) komissiyaları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların alınması üçün verilmiş ödəniş kartları üzrə inventarizasiya işləri aparılmış və nəticədə istifadə olunmayan 77739 ədəd aqro tipli ödəniş kartı "Kapital Bank” ASC-nin kart sistemindən çıxarılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.1.3-cü bəndinə əsasən Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş yeni qaydalara əsasən hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan gübrəyə görə tətbiq edilən güzəştlərin həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manata artırıldı. 2014-cü il ərzində 81,9 min nəfər istehsalçıya 642,5 min hektar sahəyə görə 50 və 70 faiz güzəştlə satılmış 107,7 min ton mineral gübrə üçün 32,5 milyon manat vəsaitin ödənilməsi təmin edilmişdir. Bununla da istehsalçılara güzəştlə satılan gübrənin həcmi əvvəlki ilə nəzərən 15,1 faiz, əhatə olunan əkin sahəsi müvafiq olaraq 24,1 faiz, güzəştə görə verilən yardımın məbləği isə müvafiq olaraq 30,5 faiz çox olmuşdur.
Nazirlər Kabinetinin 25.06.2007-ci il tarixli 103 nömrəli qərarı ilə "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”na əsasən 2014-cü ildə toxum istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışına görə 9,1 milyon manat subsidiya ödənilmişdir. Nazirlər Kabinetinin 19.06.2008-ci il tarixli 139 nömrəli qərarına əsasən Nazirliyin elmi-tədqiqat təşkilatlarının təcrübə təsərrüfatlarında istehsal edilmiş orijinal, superelit və elit toxumlarının istehsalına cəkilən xərclərin 100 faiz dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün isə istehsalçılara 930,0 min manat subsidiya yönəldilmişdir.
Bunlardan əlavə, Nazirlər Kabinetinin 18 dekabr 2014-cü il tarixli 395s nömrəli Sərəncamı ilə Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarında uzun sürən quraqlıq və habelə dolu düşməsindən ziyan çəkmiş fermerlərə payızlıq əkinləri üçün verilmiş toxumların dəyərinin ödənilməsi məqsədilə dövlət büdcəsindən 2 milyon 850 min manat vəsait ayrılmışdır. Bütövlükdə 2014-cü ildə istehsalçıların toxumla təminatının yaxşılaşdırılmasına yönəldilmiş dövlət büdcəsi vəsaitlərinin həcmi əvvəlki ilə nisbətən 58,6 faiz çox olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2014-cü il tarixli və 20 noyabr 2014-cü il tarixli Sərəncamları ilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün "Aqrolizinq” ASC-yə 23,5 milyon manat vəsait ayrılmışdır.
Qarabağ at cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2,0 milyon manat vəsait ayrılmışdır.(mia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam