Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ucar Rayon Icra Hakimiyyətindən açıqlama-Tenderlə bağlı

 Yenixeber.org: Bu həftənin ilk günü mediada Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra Nümayəndəliyinin elan etdiyi son tenderlə bağlı yazı yer aldı. Yazıda 20.11.2019-cu il tarixdə Nümayəndəliyin fiziki şəxslər və bir neçə Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) bağladığı müqavilələrdən bəhs olunur və bu müqavilələrdə müəyyən şübhə doğura detalların olduğu iddia olunurdu.

Mövzunun aktuallığını nəzərə alıb, Ucar Rayon İcra Hakimiyyətindən yazıda yer alan iddialarla bağlı açıqlama aldıq. İcra Hakimiyyətindən həqiqətən də belə bir tenderin elan olunduğunu və sadalanan müqavilələrin bağlandığını təsdiq etdilər... Amma burada nə isə qeyri-adi bir nəsnə axtarmağın anlaşılmaz olğunu da bildirdilər: "Həqiqətəndə Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra Nümayəndəliyi tender elan edib və qeyd olunan tarixdə müvafiq müavilələr bağlayıb. Anlaşılmaz olan dəqiqləşdirmədən yalan məlumatların yayılmasıdır. Təəssüf ki, mediada belə hallar da olur. Bütün prosedur “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun təşkil olunmuş və həyata keçirilmişdir. Bağlanan müqavilə ilə də nəzərdə tutulmuş mal-materialların alınması və xidmətlərin icrası da qarşıdakı günlərdə olacaq. Dövlət vəsaiti dövlətin məlum qanunlarına uyğun olaraq da xərclənməlidir və xərclənir də.

Ucar rayonunda görülmüş və görülən işlər də göz qabağındadır. Cənab prezidentin məlum tapşırıq və tövsiyyələrinə Ucar rayonunda da yüksək səviyyədə əməl olunur. Buna kimsənin şübhəsi olmasın".  

 İqtisadiyyat nazirliyindən də sözügedən məlumatla bağlı yenixeber-org-a prosedurun şəffaf və qnunauyğun reallaşdığını bildirdilər.   

      İnformasiya şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam