Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Lisenziyası olmayan 20 aptekin fəaliyyəti dayandırıldı

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə ötən il ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib

 

"Xeberinfo.com":  Məlumata görə, dərmanların Keyfiyyətinə Nəzarət şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, reydlər əczaçılıq fəaliyyətinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən icra olunub.
İl ərzində yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 107 aptek təşkilatında yoxlama keçirilib. Bu yoxlamaların 71-i planlı, 36-sı isə plandankənar (qaynar xəttə daxil olan zənglər və şikayət ərizələri əsasında) olub. Yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 20 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb və apteklərin sahiblərinə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam