Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gültəkin Hacıbəyli məhkəmədə hakimi hədələdi

 

 Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçmiş deputat Gültəkin Hacıbəylinin Yasamal Rayon Məhkəməsinin qərarından şikayətinə baxılıb

"Xeberinfo.com":  Məlumata görə, Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Məhkəmə iclasında G.Hacıbəylinin işə yeni sübutların əlavə edilməsi haqqında verdiyi vəsatət rədd edilib. Bu isə G.Hacıbəylini qəzəbləndirib.
Keçmiş deputat hakimi hədələyərək “2-3 ildən sonra baxarıq” deyib.
Məhkəmə yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, G.Hacıbəyli Mahmud Mehdiyevi ötən il mayın 17-də keçirdiyi mətbuat konfransında ona qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırıb və M.Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Yasamal Rayon Məhkəməsi isə iddianı təmin etməyib.
Virtualaz.org

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam