Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gömrük Komitəsindən qadağa

 

Bir neçə gündür ölkəyə gətirilən telefonlar Gömrük Komitəsi tərəfindən saxlanılıb
"Xeberinfo.com":  Məlumata görə, bu barədə elektron ticarətlə məşğul olan şirkətlərin rəsmi facebook səhifələrində məlumat yayılıb.
Problemin səbəbi kimi isə göstərilir ki, bir şəxs bir neçə qohumu və tanışının adına telefon sifariş verib, sonradan həmin telefonları satır. Bununla da vergidən yayınmalar olur. 
Yaranan problemlə bağlı sifariş etdikləri mallar gömrükdə saxlanılan From.ae elektron ticarət saytının rəsmisi Azad Əliyarzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanvarın 9-da xaricdən gətirilən telefonlar və sim nömrə funksiyasını dəstəkləyən planşetlər gömrükdə saxlanılıb: 
“Bu günə kimi bizə dəqiq məlumat verilmədiyi üçün müştərilər narahat idi. Bu gün Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla görüşdüm. O dedi ki, ölkəyə həddindən artıq çox telefon gətirilir. Onlarda məlumat var ki, şəxsi istifadədən əlavə ticarət məqsədi ilə fiziki şəxs kimi telefonlar gətirilir. Bununla bağlı araşdırma aparılır. Yeni sistem qurulacaq ki, müştərilər şəxsi istifadə üçün və ya ticarət məqsədi ilə telefon sifariş etmələri aydınlaşsın. Biz görüşdə olarkən Poçt İdarəsinin rəsi müavini və poçt-gömük işçiləri orada idi, iclas keçiriləcəkdi. Vüsal müəllimlə söhbətdən mən belə nəticəyə gəldim ki, bu gün telefonları götürə biləcəyik. Müştərilərin sifariş vermək hüququ olduğu kimi, Gömrük İdarəsinin də araşdırmaq hüquqi var və bu tam qanunidir. Sadəcə məlumatsızlıq olduğu üçün insanlarda narahatlıq vardı”.
A.Əliyarzadə qeyd edib ki, onlara bundan sonra elektron ticarətlə bağlı qaydalarda hər hansı dəyişiklik olacağı deyilməyib. 
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" təsdiq edilib.
Qaydalara görə beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər. Əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam