Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Zümrüd Yağmurdan Əhəd Abıyevə sərt sözlər:“Onun ipini çəkənlər...“

 

 
   
 

bitmap-img6

 

 

 
“Mənim Əhəd Abıyevin və onun ipini çəkənlərin köməyinə ehtiyacım yoxdur”
Yenixeber.org: Bu sözləri Əhəd Abıyevin qardaşı qızı, yazar Zümrüd Yağmur "Osmanqızı TV"- yə açıqlamasında deyib. Onun sözlərinə görə, baş verən hadisə onu məyus edib: “Təbii ki, yaşananlar mənə çox təsir edib. Hal-hazırda məni ancaq övladım, əhval-ruhiyyəsi maraqlıdır. Bu saat ancaq övladımla əlaqə yaratmaq, onun yanında olmaq istəyirəm. Çünki Selcan ancaq yaralardan və zədələrdən ibarət bir uşaqdır. Mən indi Selcanı atsam, onu məhv etmiş olaram”.
Ailəsində baş vermiş hadisələri gündəmə çevirənlərə də mesaj göndərən Zümrüd Yağmur bildirib ki, onun ailə məsələlərini şouya çevirməsinlər.
Xatırladaq ki, ötən gün Qəhrəmanlılar ailəsində baş verən hadisələrlə bağlı Daşkəsən rayonunu icra başçısı, Zümrüd Yağmurun əmisi Əhəd Abıyev Selcan və Sanayın Fuad Qəhrəmanlıdan çoxdan imtina etdiyini deyib: “Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam”.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur dünən sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam