Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu il Azərbaycana gələn əcnəbilərin sayı artıb - Statistika

Bu il Azərbaycana gələn əcnəbilərin sayı artıb - Statistika
Cari ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yenixeber.org:   Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəmizə gələnlərin 30,6%-i Rusiya, 22,1%-i Gürcüstan, 9,5%-i Türkiyə, 7,7%-i İran, 4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,7%-i İraq, hər birindən 1,5% olmaqla Türkmənistan və Qazaxıstan, 1,4%-i İsrail, 1,3%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9%-ni kişilər, 34,1%-ni isə qadınlar təşkil edib.

Hesabat dövründə Azərbaycana gələnlərin sayında daha çox artım Türkmənistan (80,4%), Misir (76,7%), Çin (68,5%), Hindistan (68%), Filippin (44,3%), Macarıstan (40,7%), Səudiyyə Ərəbistanı (38,6%), Polşa (32%), İspaniya (29,4%), Böyük Britaniya (27,9%), Cənubi Koreya (25,8%), Yaponiya (24,7%), Gürcüstan (22,8%) və Almaniya (22,5%) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 25,3% artaraq 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5% artaraq 788,8 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9%-i dəmir yolu və avtomobil, 41,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam