Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dərs ili ilə bağlı -Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi

 

Dərs ilinin başlaması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK), xüsusilə də Nəqliyyat Qovşağı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Yenixeber.org:    BBAK-dan  verilən məlumata görə, Nəqliyyat Qovşağı nəqliyyat vasitələrinin ümumi gəliş nöqtəsidir və yay fəslinin sona çatması, yeni dərs ilinin başlaması ilə əlaqədar regionlardan paytaxta səfər edənlərin sayı üstünlük təşkil edir. Gəncə, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Bərdə və Tərtər istiqamətlərindən paytaxta gələnlərin sayı daha çoxdur. Nəqliyyat Qovşağında gələn sərnişinlərin rahatlığının təmin olunması məqsədilə nəzarət gücləndirilib.

Həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərdən gələn sərnişinlər burada tam rahat şəkildə şəhər nəqliyyatından, taksi xidmətindən, eyni zamanda, yaxınlarını qarşılamaq üçün gələnlər burada parkinq xidmətindən istifadə edə bilərlər. Nəqliyyat Qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb.

Hazırda şəhərlərarası istiqamətlərə səfər edənlərin sayında azalma müşahidə olunur. Belə ki, gün ərzində şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edənlərin sayı 7-8 min arasında dəyişir. Sentyabrın ilk 10 günü ərzində ümumilikdə 85 min 402 sərnişin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edib. Onlardan 75 min 204 sərnişin şəhərlərarası, 10 min 198 sərnişin isə beynəlxalq reyslərlə səfərini təmin edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam