Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Beləcə, “Unibank” öz müştərisini itirmiş oldu..." - GİLEY

"Beləcə, “Unibank” öz müştərisini itirmiş oldu..."


Bazar ertəsi – 9 sentyabr tarixində Nailə Məmmədli adlı oxucumuz “Unibank”ın “Əhmədli” metrostansiya yaxınlığındakı filialında üzləşdiyi xoşagəlməz halla bağlı redaksiyamıza şikayət ünvanlayıb. Şikayətdə deyilir:

Yenixeber.org:   “Şənbə günü olduğu üçün tələsik başqa şəhərə pul göndərmək istəyirdim. Evdə azyaşlı uşaq qoyub gəlmişdim. Növbəm üçün çek götürdüm. Oturub gözlədim. Digər müştərilər kimi. Amma müştəri xidmətləri yalnız çekin üzərində “K” hərfi olanları çağırırdı. Başa düşmədim səbəbini. Özüm Kiyevdə yaşayıram deyə, burdakı bankların “qanun-qaydaları”ndan xəbərsizəm. Sonra yanımda oturanlardan soruşdum ki, niyə təkcə “K” hərfi olanları çağırırlar, “P” hərfi olanlar isə fağır-fağır gözləyir? Dedilər ki, onlar kredit götürən və ya ödəyən müştərilərdir. Anladım ki, “Unibank” müştərilər arasında fərq qoyur. Dünyanın heç bir yerində belə ayrıseçkilik yoxdur, yalnız Azərbaycandadır. Başa düşürəm, növbəyə durmaq normal haldır, amma “Unibank” növbəyə dayananları nəzərə almır. Onlar öz vaxtlarını, sərfiyyatı dəyərləndirirlər, müştərininkini isə yox.

Bir sözlə, bir neçə saat gözlədim, axırda gördüm yalnız “K” hərfi olanlar növbədənkənar qəbul edilir. Səs-küy salmaqdan başqa çarəm qalmadı ki, bu nə haqsızlıqdır? Hansı qanunda yazılıb ki, növbəsiz müştərilər növbədənkənar qəbul edilsin?

Şənbə günü yalnız kredit götürən və ya ödəyən müştərilərini qəbul edəcəklərsə, bunu elə yazıb yapışdırsınlar hər yerə. Biz də öz işimizi bilək. İncitməsinlər camaatı. Hamının öz vacib iş-gücü var.

Rəhbərliyin də çox güman ki, mənə qarşı edilən haqsızlıqdan xəbəri oldu. Çünki mən orda səssiz qala bilməzdim.

Sonra məni qəbul etmək istəsələr də, bu dəfə mən narazılıq etdim və yaxınlıqdakı “Expressbank”a gedib işimi həll etdim. Beləcə, “Unibank” öz müştərisini itirmiş oldu...”

Müştərinin şikayəti əsasında “Unibank”la əlaqə saxladıq. Sorğumuzla bağlı cavab iki gündən gəldi:

““Unibank”ın şənbə rejimində işləyən filiallar şənbə günləri səhər saat 10.00-dan 14.00-dək müştərilərə xidmət edir. Şənbə günləri də həftəiçi olduğu kimi bütün bank xidmətləri- kredit verilməsi, depozit qəbulu, pul köçürmələri, valyutadəyişmə və digər bank xidmətləri müştərilərə təqdim olunur. Müştərilərə xidmət növbəlilik əsasında- Qmatic aparatından müştərilərin götürdüyü növbə ardıcıllığı ilə aparılır. Növbəlilik sistemlə tənzimləndiyindən, hər müştəriyə hansı bank xidməti üçün müraciət etməsindən asılı olmayaraq, növbəsi ekranda çıxdığı anda xidmət edilir və ondan əvvəlki müştərinin önə keçməsi mümkün deyil. Şənbə günləri əksər müəssisələr üçün qeyri-iş günü olduğundan, müştərilərin filiallarımıza müraciəti zamanı bəzi filiallarda müştəri sayının həftəiçi ilə müqayisədə çoxluğu mümkün ola bilər. Unibank olaraq çox təəssüf edirik ki, müştərimizdə yalnız kredit müraciətinə baxılması ilə bağlı belə yanlış rəy formalaşıb. Bankımıza müraciət edən hər bir müştəri bizim üçün dəyərlidir. Hədəfimiz hər bir müştərimizi yüksək bank xidmətləri ilə təmin etmək, müştəri məmnuniyyətinə nail olmaqdır”.

Nailə Məmmədli isə şikayəti ilə bağlı iddialıdır:

“Şükür Allaha, kameralar var, açıb baxsınlar. Senytabrın 7-si, 11:00-12:00 radələri. Onda rəhbərlik də biləcək ki, işçiləri müştəriləri necə incidir. Mən artıq Kiyevdəyəm. Yaxşı ki, bu cür bank sistemi burda yoxdur. “Unbank”ın müştərilərinə isə səbr və hövsələ arzulayıram”. (Moderator)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam