Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Şəhidlərlə bağlı qanuna dəyişiklik edildi-Rəsmi

 

Nazirlər Kabineti şəhidlərlə bağlı qanuna dəyişiklik etdi

Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib.

Yenixeber.org: Qərara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediləcək.

Qeyd edək ki, qaydalara əsasən, indiyə qədər aşağıdakılar şəhid hesab ediliblər:

- 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;

- 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;

- Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

- Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;

 - Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?