Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dağ yəhudiləri İsraildən küsüb Azərbaycana qayıdırlar —Ekspert

 

 

"Knessetə (parlamentə) 21-ci çağırış seçkiləri aprelin 7-də keçirilib, lakin Likud Partiyasının sədri Benjamin Netanyahunun kabineti formalaşdıra bilməməsi ucbatından sentyabrın 17-də təkrar seçkilər keçiriləcək".

Yenixeber.org: “ISNA” agentliyi xəbər verir ki, İsrail üzrə mütəxəssis Miqdad Həsəninin İsraildə yaşayan Qafqaz yəhudilərinin sosial-iqtisadi vəziyyəti və mədəni problemləri, habelə siyasi fəallığı haqqında analitik məqaləsi bu sətirlərlə başlayır.


Qafqaz yəhudilərinin İsrailə köçünün 1980-90-cı illərdə baş verdiyini qeyd edən müəllif yazır ki, dağ yəhudiləri, əsasən, Nafha, Cəlil, Miqdal Hamaq, Kiryat-Yam, Or Akiva və s. yaşayış məntəqələrində məskunlaşıblar və bu gün İsraildəki Qafqaz icması təxminən 6 min nəfərdən ibarətdir.


“İsrail hökuməti əvvəlcə Qafqaz yəhudilərini çox sayda infrastruktur və yaşayış problemi olan bölgələrə köçürüb və qafqazlıların özləri də bu maneələrin öhdəsindən gəlmək üçün çalışıblar”.


Or Akivanın keçmiş bələdiyyə başçısı Simha Yusufovun sözlərinə görə, şəhərdə Qafqaz yəhudiləri üçün ticarət, sağlamlıq və istirahət mərkəzləri hələ də yoxdur. Əksər evlərin təmirə ehtiyacı var.


İqtisadi problemlərlə yanaşı, Qafqaz yəhudilərini ən çox narahat edən sosial-mədəni problemlərdir.


Yazının davamında deyilir: “Beer-Şerva şəhərindəki bəzi gənclər öz eyniyyətini yenidən əldə etmək, təhqir və ayrı-seçkiliklə üzləşməmək üçün Qafqaza qayıdıblar və mənşə bölgələrində, xüsusən də Azərbaycan Respublikasında yaşayan yəhudilərin daha yüksək sosial status və ləyaqətə sahib olduqlarını başa düşüblər. Onlar müsəlman əhali arasında yaxşı mövqe sahibidirlər…”


Ekspert yazır ki, dağ yəhudiləri özünəməxsus mədəni meyarlarına görə hələ də İsrail cəmiyyətinə inteqrasiya oluna bilmirlər. Qafqaz icmasının problemlərini həll etmək üçün güclü demokratik alətlərdən də yararlanmaq imkanı yoxdur.


Müəllifin qənaətincə, Knessetin 21-ci çağırışı da Qafqaz yəhudilərinin problemlərini vaxtında həll edə bilmək gücündə deyil.(reyting.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam