Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Like Travel” şirkəti də dələduz çıxdı-4200 manat ödədi, aldadıldı

Bu tur şirkəti də dələduz çıxdı- 4200 manat ödədi, aldadıldı

Vətəndaşlar bu il daha bir turizm şirkəti tərəfindən dələduzluğa məruz qalıb.

Yenixeber.org:   Bu barədə redaksiyamıza məlumatı zərərçəkmiş Elmir Sadıqlı verib. Elmirin sözlərinə görə, o və dostları ayrı-ayrılıqda “Like Travel” adlanan şirkətə 4200 manat ödəyərək Antalyaya tur-paket almaq istəsə də, şirkət tərəfindən dolandırılıb:

“İyulun 6-sı 3 dostumla birgə Antalyaya tur-paket almaq üçün “Like Travel” adlanan şirkətə yaxınlaşdıq. İlkin ödəniş olaraq hər birimiz 700 AZN ödədik. Şirkətin direktoru Azər Şükürovla razılaşdıq ki, uçuşa 15 gün qalmış növbəti ödənişi edərik. Ümumilikdə ödənişimiz isə 4200 AZN təşkil edirdi ki, bu paketə 4 nəfərin otel, təyyarə biletləri daxil idi.

Növbəti 3500 AZN ödənişi iyulun 18-də şirkətin digər ofisində ödədim. Azər Şükürov sabah, yəni ayın 19-da vauçerlərimizi götürə biləcəyimizi dedi. Ancaq bu sabahlar uzandıqca uzandı. Biz otellə əlaqə saxladıq, heç adımıza rezervasiya bele edilmədiyini öyrəndik. Bundan sonra aldadıldığımızı hiss edərək ofisə yaxınlaşdıq. Orada bildik ki, bizimlə yanaşı 20-30 nəfər də aldadılmış şəxs var. 

Ödədiyimiz məbləği geri tələb edəndə Azər Şükürov pulu xərclədiyini bildirdi və geri qaytaracağını vədd etdi. Sonra öyrəndik ki, 31 avqust tarixində gecə ilə Azər Şükürov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb. 

Biz də eyni zamanda rəsmi olaraq 102-yə şikayət etmişik. 20-ci Polis bölməsində izahatımızı aldılar və bildirildi ki, eyni şikayətlə bağlı 25 nəfər müraciət edib. Ümumi olaraq insanlardan 70 -80 000 AZN çərçivəsində pul mənimsənilib. 

Ancaq 10-12 gün sonra Azər Şükürov azadlığa buraxılıb. Bakıdan qaçaraq Kürdəmir rayonunda gizləndiyini öyrənmişik.

Hər dəfə zəng edəndə, evini satıb borcumuzu ödəyəcəyini söyləyir. Biz pulumuzu geri ala bilmirik. Şikayətlərimizə baxılmadığı üçün mediaya müraciət etmək məcburiyyətində qaldıq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam