Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İki marşrut xəttinin - avtobusları dəyişdiriləcək

İki marşrut xəttinin avtobusları dəyişdiriləcək
Sentyabrın 5-dən 76 və 78 nömrəli (“Bakıxanov” dəmiryol stansiyası - “Neftçilər” metrostansiyası) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək. 
Yenixeber.org:  Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində hazırda 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyən edilib. 



Həmçinin, ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən ALO141 Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib. 

Qeyd olunanları nəzərə alaraq, “Azlənd Plaza” MMC 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq “Şidli-A.İ” şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu “Daewoo BS090” markalı avtobuslar xidmət göstərəcək. 



Məlumat üçün onu da bildiririk ki, Bakı şəhərində avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamına əsasən alınan 300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olara paytaxta gətirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam