Bu gün saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.

Yenixeber.org:  “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.