Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Milyonluq mülk sahibi 4 N-li körpələr evinin müdiri ilə Mübariz Qurbanlını nə bağlayır?

 

Baxça müdiri Lətafət Quliyevanın komitə sədrinin həyat yoldaşı olduğu iddia edilir

Yenixeber.org: Azərbaycanda məmurların böyük əksəriyyətinin dövriyyəsi milyonlarla ölçülən biznesə, obyektlərə sahib olması barədə mətbuatda xeyli yazılar yazılıb. Maraqlı məqam budur ki, həmin yazılar hələ indiyədək heç bir məmur tərəfindən təkzib edilməyib.

Əlbəttə ki, bütün bu bizneslərin böyük əksəriyyəti dövlətin büdcəsindən müxtəlif yollarla oğurlanan maliyyə hesabına əldə edilib.

Acınacaqlı məqam budur ki, bu cür korrupsiya faktları məktəbəqədər təhsil müəssisələrində, bağçalarda da baş verir.

Əldə etdiyimiz məlumata görə Bakıda obyektə sahib olan bağça müdirlərindən biri də Nərimanov rayonunda yerləşən. 4 N-li körpələr evi-uşaq bağçasının müdiri Lətafət Quliyevadır.

Aylıq maaşı 200-300 manat civarında olan bağça müdirinin Yeni Yasamal, 2-ci yaşayış massivində 3 mərtəbəli, ümumi sahəsi 700 kvadratmetrlik obyektinin hazırkı bazar qiyməti 1.5-2 milyon manat arasındadır.

Sadə bağça müdirinin bu cür böyük kapitalı necə əldə etməsi ortaya ciddi suallar çıxarır.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, milyonluq mülk sahibi 4 N-li körpələr evinin müdiri Lətafət Quliyeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlınının həyat yoldaşıdı.

Qeyd edək ki, məsələ ilə bağlı 4 N-li körpələr evi-uşaq bağçasının müdiri Lətafət Quliyevanın və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlınının münasibətini örgənməyə çalışsaqda zənglərimizə cavab verən olmadı.(azfakt.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam