Redaktor seçimi
Deputat İqbal Məmmədovla həmkarı Elmira Axundovanı birləşdirən siyahı –
Hacıbala Abutalıbovun inanılmaz sərvəti-
FOTO
Onun adı FETÖ siyahısından necə “silindi”?
Zaur Hüseynovun Londondakı sərvəti
Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
- Sənədlər
Deputat Mahir Aslnovun topdağıtmaz biznesi-
Günün xəbəri

SOCAR-da “yenidənqurma”: Mikayıl İsmayılovun “vurulma”sına zəmin yaradılır

 

SOCAR-ın vitse- prezidenti Mikayıl İsmayılovun səlahiyyətlərinə aid olan Dövlət Neft Şirkəti Satınalmalar Komitəsi onun idarəçiliyindən alındıqdan sonra vitse- prezidentə qarşı əvvəlki münasibət dəyişib.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, artıq SOCAR-ın bəzi vəzifəli şəxsləri Mikayıl İsmayılova yaxınlaşmağa, onunla daha yaxın münasibət qurmağa  ehtiyat edirlər. Əvvəllər onunla isti münasibətdə olan şəxslər tədricən M.İsmayılovdan yan gəzirlər. Bu onunla izah olunur ki,onun savadı, işgüzarlığı və çevikliyi rəhbərlikdə müəyyən narahatlıq yaradıb. KİV-lərdə və müxtəlif rəsmi dairələrdə Mikayıl İsmayılovun işgüzarlıq indeksi SOCAR prezidenti ola biləcəyinə dair söz-söhbətlərə də yol açıb.Bu səbəbdən də son bir neçə ildə Mikayıl İsmayılovun SOCAR-dan uzaqlaşdırılması istənilsə də, bu hansısa səbəbdən mümkünsüz olub. Bu baş vermədiyi təqdirdə, sonradan onunla münasibət qurmaq istəyən şəxslərin sayı artmağa başlayıb.

 

Bir müddət əvvəl isə  Dövlət Neft Şirkətinin Satınalmalar Komitəsinin sədri vəzifəsinə SOCAR-ın Yataqların İşlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun gətirilməsi M.İsmayılovun iqtisadi imkanlarının məhdudlaşdırılması, onun yüksək səviyyəli işgüzar mühitlə olan əlaqələrinə vurulan zərbə kimi başa düşülür.

 

Təsadüfə oxşamayan bir məsələ isə sonradan diqqət çəkib. Belə ki, Yaşar Lətifov SOCAR-da yerli və xarici iş adamları ilə görüşü zamanı  Satınalmalar sahəsində yenidənqurma prosesinin başlandığını, bir daha neqativ halların yaşanmayacağını bildirib. Hətta Y.Lətifovun  toplantıda iştirak edən iş adamları ilə müzakirə vaxtı tenderlərdə əvvəlki rəhbərliyin bəzi şirkətlərə hamiliyinə şərait yaratmasını vurğulaması və iş adamlarının bu istiqamətdə çıxış etmələrinə imkan verməsinə dair saytlarda məlumatlar da yayımlandı.Sonluq isə SOCAR rəhbərlərinin iradəsindən kənar fikirlər olmadığı qənaətini yaratmışdı.

 

Saytımıza verilən məlumatda o da bildirilir ki, artıq Mikayıl İsmayılov ona qarşı olan münasibətin fərqindədir. Bu səbəbdən də vitse -prezidentə yaxın olan bəzi şəxslər SOCAR-da “islahatlar”ın təkcə satınalmalarımı əhatə edə biləcəyinə dair mesaj verirlər. Bu isə o deməkdir ki,hər bir halda “mikayılovçular” SOCAR daxilində baş vermiş və verən məsələlərə biganə qalmayacaqlarını bəri başdan bəyan edirlər.(faktinfo)

Həsrət 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?