Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Elmi İnstitutda "travmotoloji bazar" -VİDEO

 

Azərbaycanın səhiyyə sistemində korrupsiya və rüşvət faktorunun olması artıq danımaz faktora çevrilib. Hər il dövlət büdcəsindən səhiyyə müəssisələrinə milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, hələ də bu sahədə acınacaqlı vəziyyət hökm sürməkdədir. 

Yenixeber.org: Rüşvətin tüğyan etdiyi, insanların kütləvi surətdə şikayət etdiyi tibb müəssisələrindən biri də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutudur. 

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ölkədə travmatoloji və ortopedik xəstələrə yardım göstərən teganə tibb müəssisə olduğuna görə bura müraciət edən pasientlərin sayı-hesabı yoxdur. 

Səkkiz kliniki şöbədən və altı laboratoriyadan ibarət olan institutda vətəndaşlardan hər addımda rüşvət alınır. 

İnstitutda olan əməkdaşımız burada rüşvətin açıq-aşkar alındığının canlı şahidi olub. 

Məsələnin maraqlı tərəfi budur ki, hər bir şöbənin özünəməxsus "qiyməti" var. Adi arayış, iş delosu üçün müraciət edən insanlardan qəbul şöbəsində 2-5 manat arası pul alınır. Alınan pullara isə heç bir qəbz verilmir. 

Travmatologiya və Ortopediya İnstitutundakı digər acınacaqlı məqam isə dövlət tərəfindən hər il institutun inventarlarının yenilənməsinə yüz minlərlə vəsaitin ayrılmasına baxmayaraq, burada pasientlərin əyləşməsinə stulların olmamasıdır. İnstituta şəfa tapmağa gələn insanlar pilləkanlarda, yük arabalarının üstündə əyləşməyə məcbur edilir. 

İnstitutun həyətinə digər avtomobillərin girişi qadağan edilməsinə baxmayaraq, qapıçıya 2 manat ödəyən istənilən şəxs həyətdə maşın saxlaya bilir. Hətta burada vəziyyət o qədər xaotikdir ki, xəstələr maşın əlindən instituta girə bilmirlər. 

Qəbul otağında, koridorlarda, institutun həyətində içməli su yoxdur. Amma əvəzində institutun həyətində kafe fəaliyyət göstərir. İnstitut rəhbərliyinin yüksək qiymətə kirayə verdiyi kafe içəridə "soyulub" çıxan xəstələrin və xəstə yaxınlarının son qəpiyini də burada əllərindən alır.
Qarşıtərəfi dinləməyə hazırıq.(İnterPosta.info)


Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO
Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam