Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

İcra başçısının "yaşıl soyqırımı"

Bakıxanovda yerləşən «Şərq şirniyyatı» dükanının ətrafındakı uca ağaclar kökündən kəsilib

"Xeberinfo.com":  İstirahət günü, yaxud da bayramlardan istifadə edən iş adamları vəzifəli şəxslərin razılığı əsasında ağaclara qarşı vandalizm siyasəti yürütməkdə davam edirlər. Belə məkanlardan biri də Sabunçu rayonunda yerləşir. Sərhəd.info-nun əldə etdiyi məlumata görə, Adil Vəliyev rayona icra başçısı təyin olunduqdan sonra rayon ərazisində bir sıra işlər görməyə başladı.

Belə işlər içərisində abadlıq-quruculuq işlərini həyata keçirməklə yanaşı, xoşagəlməzliklərə də imza atıb. Belə ki, Bakıxanov dəmiryol stansiyasında yerləşən və vaxtilə «Şərq şirniyyatı» kimi tanınan obyekti sökdürərək yerində daha görkəmli obyekt inşa etdirdi. Təbii ki, bu, alqışlanandır. Lakin obyektin inşasının tamamlanmasına az qalmış onun ətrafında olan və uzun illər öncədən əkilmiş uca küknar ağacları ya gecəikən, ya da istirahət və bayram günlərinə salınaraq dibindən kəsildi. Təbii ki, bu işlər dəmir lövhələrin arxasında həyata keçirildi. Vaxtilə yaşıllıqları ilə göz oxşayan və Abbasqulu Ağa Bakıxanov parkı ilə üzbəüz yerləşən «Şərq şirniyatı» dükanının ətrafındakı yaşıllıqlar artıq yoxdur. Əməkdaşımızın əldə etdiyi məlumata görə, yaşıllığın məhvinə səbəb o olub ki, guya «Şərq şirniyyatı»nın binası kənardan yaxşı görünmürmüş. Elə buna görə də, illər öncə əkilmiş uca küknar ağacları məhv edilib.(sərhəd.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam