Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakı Metrosunda - qatarların hərəkətində problem yaranıb

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb. 

Yenixeber.org: "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib: "Araşdırmadan sonra olayın hansı səbəbdən baş verməsi aydınlaşacaq və biz ictimaiyyəti məlumatlandıracağıq".

Qeyd edək ki, "Dərnəgül" - "Həzi Aslanov" İstiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb. Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.

Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminən saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin. 

Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.

Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam