Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Təhsil naziri baş redaktorlarla görüşmədi

 

Bu gün Təhsil Nazirliyində xoşagəlməz hadisə baş verib

 

 "Xeberinfo.com":  Məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov Mətbuat Xidməti vasitəsi ilə bir neçə baş redaktoru görüşə çağırıb, sonra isə onlarla görüşməkdən imtina edib. 
Bu hadisə baş redaktorların təəccübünə səbəb olsa da, onlar Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehovun təşkil etdiyi dəyirmi masadan imtina etməyiblər. 
Nazirliyinin sözçüsü Cəsarət Valehov hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib və mətbuatla işgüzar əlaqələrindən məmnunluq ifadə edib.
Sonda tədbir iştirakçılarına Təhsil Nazirliyinin hazırladığı hədiyyələr paylanıb.
Tədbirdən sonra baş redaktorların görüşdən narazı qaldıqlarını müxtəlif formalarda ifadə ediblər. 
Qeyd edək ki, tədbirdə "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu, "Axar.az" saytının baş redaktoru Anar Niftəliyev, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı, “Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud, "Publika.az" saytının baş redaktoru Amil Hacıyev, "Report" agentliyinin baş redaktoru Murad Əliyev, "Anspress.com" saytının redaktoru Azad Əliyev, "Azpolitika.az" saytının baş redaktoru Elnur Məhərrəmov, Lider TV-nin Xəbərlər Xidmətinin rəis müavini Günel Gözəlova, APA TV-nin redaktoru Vüqar Hüseynov və digər media rəhbərləri, o cümlədən təhsil ekspertləri iştirak ediblər (AzNews.az).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam