Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT –Bu dəfə tanınmış həkim can verdi!

 

“BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış həkim can verdi!


Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib. Özü də bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir.

Yenixeber.org: "Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.

Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.

Məsələ ilə bağlı “Baku Medical Plaza”nın mətbuat xidmətindən BakuPost.az xəbəri təkzib etməyiblər: “Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik”. Daha sonra zənglərə cavab verilməyib.

Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım , köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.

Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Son zamanlar bir çox gənc qız və qadınları üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.

Əldə etdiyimiz məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olur.(gundemxeber.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam