Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Çaylarda sululuq səviyyəsi artıb

Ölkə üzrə çaylarda sululuq səviyyəsi dəyişib.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan yağış, bəzi yerlərdə lokal leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb, Gorançay çayında isə qısamüddətli daşqın qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 60-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 70-120 faizini təşkil edir. 

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 435 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 297 m3/s olmaqla, ongünlük normadan az olub. 

Mayın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 64 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 95 m3/s təşkil etməklə ongünlük normadan az olub. 

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 322 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 96 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 201 m3/s təşkil etməklə ongünlük normadan az olub. 

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 477 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 27-də isə 322 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 259 sm qeydə alınıb. 2018-ci il mayın 27-də isə bu rəqəm 139 sm təşkil edib. Salyanda suyun səviyyəsi 10 sm artıb və 235 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 61 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 221 sm olub və bu göstərici 2018-ci il mayın 27-də 219 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 240 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 27-də isə 30 sm təşkil edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam