Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“4 oğlu olan valideyn qocalar evində yaşayır” - Komitə rəsmisi

“4 oğlu olan valideyn qocalar evində yaşayır” - Komitə rəsmisi
"2017-ci ildə Azərbaycanda hər 100 qız uşağına 114 oğlan düşürdü. Təəssüf ki, 2018-ci ildə hər 100 qıza 118 oğlan düşüb"
Yenixeber.org: Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova media nümayəndələrinin gender həssaslığının artırılması və gender əsaslı cins seçimi mövzusu üzrə praktik seminarda çıxışı zamanı deyib. 

Komitə nümayəndəsi bildirib ki, ölkədə qız uşağının azalması ilə bağlı həyacan təbili çalınır: "Qızların sayının azalmasının ailə institutuna yaradacaq təsirini artıq müşahidə edirik. Ailədə, cəmiyyətdə qıza və qadına üstünlük verilməlidir. "Üçüncü uşaq qız doğulsa evə gəlmə" qorxusu altında qadın qalmamalıdır. Hamilə qadın psixoloji problemlər yaşamamalıdır. Qayınana da qadındır və niyə gəlini qız uşağını dünyaya gətirməməyə məcbur etməlidir?. Ailədə və cəmiyyətdə "oğlan ailənin dayağıdır, valideynlərinin qayğısına qalır" stereotipləri pozulmalıdır. Təcrübədə də sübut edilib ki, 4 oğlu olan valideyn qocalar evində yaşayır". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam