Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Binəqədi rayonunda daha bir tədbir keçirilib

 

Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə etmiş “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin bağlanış tədbiri keçirilib

"Xeberinfo.com": Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan

Respublikası Səhiyyə Nazirliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə

etmiş “Gigiyenik qaydalara düzgün əməl edək”  layihəsinin yekun bağlanış və layihə çərçivəsində elan olunmuş müsabiqələrin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

 

“Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz səhiyyə müəssisəsi” müsabiqəsi elan edilmişdir. Müsabiqədə iştirak edən səhiyyə müəssisələri arasında 3 tibb müəssisəsi – Ə.Məlikov

adına 6 saylı Birləşmiş şəhər xəstəxanası, 20 saylı Uşaq poliklinikası və “HB Güvən” klinikası  mükafatlandırılmışdır. “Gigiyenik qaydalara düzgün əməl edək”  layihəsi də bu məhz bu müsabiqə ilə əlaqədar gerçəkləşmişdir.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin

müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin İctimai

Səhiyyə və İslahatları Mərkəzinin layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunmuş müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov  Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə etmiş layihənin əsas məqsədinin sağlam gələcək, sağlam gənclik olduğunu qeyd edib. Natiq ölkədə təhsil və

səhiyyə ilə bağlı böyük işlərin görüldüyünü, cənab Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarına Binəqədi rayon İcra Hakimiyyəti başçısçı Xaləddin İsgəndərovun salamlarını çatdırıb. “Gigiyenik qaydalara düzgün əməl

edək”  layihəsinin Bakı 2015 İlk Avropa Oyunlarına töhfə olan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirildiyini

qeyd edən natiq layihənin gənclərdə təmizliyi həyat təzinə çevirməyi hədəflədiyini bildirib. Aygün Əliyeva “Təmiz

Binəqədi” layihəsi çərçivəsində gənclərin sağlamlığlının qorunması, milli mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı çoxsaylı tədbirlərin, aksiyaların, müxtəlif idman yarışları və vətənpərvərlik

tədbirlərinin keçirildiyini qeyd edib. Sağlam həyat tərzi, gənclərin sağlam təməllər üzərində böyüməsi, müxtəlif xəstəliklərdən uzaq olması və gənclərin gələcəyinin etibarlı şəkildə təşkili məsələlərinə toxunan Aygün Əliyeva bu məqsədlərə

çatmaq üçün din, irq, cins fərqinə varmadan hər kəsin mübarizə aparmasının vacibliyindən danışıb. O layihədə

müxtəlif nominasiyalar ürzə qalib olmuş məktəbliləri Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik edib.

Tədbirdə iştirak edən digər qonaqlar da layihə barədə öz fikirlərini bildirmişlər.

 


Sonda müsabiqənin qaliblərinə müvafiq diplom və hədiyyələr təqdim olunub.












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam