Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Ceyranbatan parket"in "yaşıl soyqırım"ı

 

Abşeron rayonu Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən “Ceyranbatan parket” müəssisəsinin rəhbəri, Türkiyə vətəndaşı Əhməd bəyin Azərbaycan dövlətçiliyinə və xalqımızın milli sərvəti olan və qırmızı kitaba düşən ağacların məhvinə yönəlik əməllərindən bəhs olunur.

"Xeberinfo.com":  Bu mənada aldığımız məlumatlarda qeyd olunmuşdu ki, Əhməd bəy artıq 20 ildir ki, ölkəmizdə parket-mebel biznesinə rəhbərlik edir. Bununla yanaşı isə bütün bu müddət ərzində Əhməd bəyin ölkəmizdə vəhabiliyin təbliğatı və yayılması işinə ciddi dəstək verdiyi iddia olunur. Belə ki, yazıda qeyd olunduğu kimi onun Ceyranbatan qəsəbəsində Əhməd bəyin tikdirdiyi məsciddə məhz vəhabilərin toplanması hər kəsin gözü qarşısındadır.http://azerbaycaninfo.com. Belə ki, məlumat verən edən mənbə Əhməd bəyin fəaliyyətində bizim üçün yeni olan daha bir neçə məqama diqqət çəkir. İlk növbədə məlumatda bildirilir ki, bu iş adamının mütəmadi olaraq öz mühasibləri ilə müəyyən problemləri olur. İddiaya görə “Ceyranbatan parket” müəssisəsinin son dövrlərdəki fəaliyyətində külli miqdarda vergidən yayınma halları baş vermişdir.http://azerbaycaninfo.com. Məlumatlarda diqqəti çəkən daha bir maraqlı məqam Əhməd bəyin kriminal keçmişə malik olmasına dair iddialarla bağlıdır. Bu mənada qeyd olunur ki, bu iş adamı bir müddət əvvəl ölümlə nəticələnmiş cinayət hadisəsinə görə ən azından şübhəli şəxs qismində istintaqa cəlb olunub. Lakin sonradan işi aparan orqanlarla razılığa gələrək məsuliyyətdən yaxa qurtara bilib. Daha sonra isə məlumatlarda Əhməd bəyin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla münasibətlərində də gərginliyin yaşandığı bildirilir. Qeyd olunur ki, rayon rəhbərliyinin “Ceyranbatan parket” müəssisəsinin fəaliyyətinə dair bir sıra tam haqlı iradları Əhməd bəy tərəfindən təhrif olunaraq müəyyən instansiyalara Abşeronda sahibkarlıq fəaliyyətinin guya ki, sıxışdırılması kimi təqdim olunur. Son olaraq isə mənbə bir müddət əvvəl Əhməd bəyin “Vorovski” kimi tanınan ərazidə yerləşən və ikinci ailəsi üçün nəzərdə tutulan villasında baş vermiş insident barədə maraqlı məlumat təqdim edir. Şəkildəki maşın sexə meşə materialını tökərkən əməkdaşlarımız tərəfindən qeydə alınıb. Maşının kimə məxsus olması barədə ətraflı məlumatları araşdırmamız bitdikdən sonra təqdim edəcəyik...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Azerbaycaninfo.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam