Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Abşeron icra hakimiyyətində qalmaqal –Fuad Cəbrayılov ərizəsin yazdı, işçisi Elmir qaçdı 

 

İradə Gülməmədova çıxılmaz vəziyyətdə qaldığı üçün müavini Fuad Cəbrayılova işdən çıxması üçün ərizə yazmağı tövsiyyə edib

Yenixeber.org: Redaksiyamıza Abşeron İcra Hakmiyyətindən daxil olan məlumata görə, başçının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılovdan işdən çıxması üçün ərizəsi alınıb. Məlumata görə, başçı müavinin ərizəsinin alınmasının səbəbi Fuad Cəbrayılovla bağlı Prezident Adminstrasiyasına çoxlu sayda şikayətlərin getməsi və başçı müavinin adının tikinti qalmaqallarında hallanması səbəb olub.

Bundan başqa məsələdə adı keçən Abşeron Memarlıq və Tikinti şöbəsinin Elmir adlı vəzifəli şəxsin də ortadan yox olduğu, daha doğrusu qaçdığı qeyd edilir. Saytımıza məlumat verən mənbə qeyd edir ki, bəzi işlərlə bağlı bir neçə dəfə Abşeron İcra Hakimiyyətinə gedərək Elmiri axtarsalar da onun işdən çıxarıldığını deyiblər.

Qeyd edək ki, Elmir vaxtı ilə Fuad Cəbrayılovun sürücüsü olub və başçı müavini daha sonra onu Memarlıq və Tikinti şöbəsınə vəzifəyə təyin edərək bütün “qara” işlərə nəzarəti ona tapşırmışdı. Məhz Abşeron rayonunda ev tikmək üçün vətəndaşdan alınan “icazə” pulunu Elmir və onun rəhbərlik etdiyi dəstəsi yığırdı. Bu dəstənin əsas işi Abşeron rayon ərazində ev tikən, torpaq alan, hasar çəkdirən, evinin dam örtüyünü dəyişdirən vətəndaşlardan İcra Hakimiyyətinin “icazə”sini almaq adı altında rüşvət yığmaqdan ibarət olub.

Məlumata görə, həftədə bir dəfə Elmirin və Fuad Cəbrayılovun rəhbərliyi ilə Abşeron rayonu ərazisində fəaliyyət göstərən rüşvət yığanlarla İcra Hakimiyyətində iclas keçirilirmiş. Qeyd edək ki, Fuad Cəbraılov işçisi Elmir üçün İcra Hakimiyyətində ayrı bir otaq təşkil etdirərək, onun vətəndaşları rahat şəkildə qəbul etməsinə şərait yaratmışdı.

Sayt iddia edir ki, Abşeon rayonundan Prezident Adminstrasiyasına göndərilən şikaytlər arasında icra başçısı İradə Gülməmmədovanın, müavini Fuad Cəbrayılovun və tikinti şöbəsinin işçisi Elmir adlı şəxsin adı çəkilib. Şikayətdə bütün bu qanunsuzluqların başında İradə Gülməmmədovanın dayandığını və Fuad Cəbrayılovla Elmirin vətəndaşdan aldığı rüşvəti sonda başçıya veriyi də öz əksini tapıb.

Məlumatda bildirilir ki, icra başçısı İradə Gülməmmədova çıxılmaz vəiyyətdə qaldığı üçün müavini Fuad Cəbrayılova işdən çıxması üçün ərizə yazmağı tövsiyyə edib. Vəziyyətin gərgin olduğunu görən Fuad Cəbrayılov isə ərizə yazmaqla bərabər, Elmir adlı içisiyə də “qaç” tapşırığı verib.

İddiaya görə, Abşeron rayonunda qanunsuz tikilələrlə bağlı Prezident Adminstrasiyasına edilən şikayətlərlə bağlı araşdırma aparılarsa da, o zaman Fuad Cəbrayılovla tikinti şöbəsinin işçisi Elmirin durumu yaxşı olmayacaq. Yəni onlar barədə cinayət işidə açıla bilər.(azfakt.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam