Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Neolit” restoranında baş vermiş hadisəyə - Çeçenistandan RƏSMİ AÇIQLAMA

“Neolit” restoranında baş vermiş hadisəyə -Çeçenistandan RƏSMİ AÇIQLAMA


Çeçenistan Respublikasının rəsmi şəxsləri və KİV-i azərbaycanlılarla çeçenlərin Moskvada baş vermiş və böyük səs-küyə səbəb olmuş kütləvi davaya cəlb olunmaları məsələsinə reaksiya veriblər.

Yenixeber.org: Rusiya paytaxtındakı “Neolit” restoranında baş vermiş hadisəni – azərbaycanlılarla çeçenlər arasında atışmanı, daha sonra azərbaycanlı taksi sürücüsünün qətlə yetirilməsi ilə bağlı geniş məlumat vermişik. 

Azərbaycan Respublikasının Prezident Administrasiyası dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun timsalında bəzilərinin kriminal hadisəyə sosial-etnik xarakter vermək cəhdinə vaxtında reaksiya bildirdi. Əli Həsənov qeyd edib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Dünən Çeçenistanın rəsmi KİV-ləri Azərbaycan Prezidentinin köməkçisinin mövqeyini ətraflı işıqlandırıblar.

Əli Həsənovun vaxtında verilmiş təcili bəyanatına Çeçenistan hökuməti də cavab verib. “Çeçenistan bu gün” nəşrinə istinadən xəbər verir ki, respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib: “Çeçenistan Respublikasının rəhbərliyi hadisə barədə məlumatlıdır, nümayəndələrimiz münaqişənin təfərrüatlarını araşdırır və onun səbəbkarlarını axtarılar”, - C.Umarovun bəyanatında deyilir.

VİDEO SUJET:https://www.instagram.com/p/Bt6rdDdHNWX/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam