Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Donuzdan insana qaraciyər köçürüləcək- İlk dəfə

"Bu problem üzərində ciddi işlər aparırıq".

Yenixeber.org: 5 ilə donuzlardan qaraciyər transplantasiyası Türkiyədə Malatyada həyata keçiriləcək

"Malatya Universiteti Türkiyədə qaraciyər və orqan transplantasiyası üzrə irəlidə gedən universitetlərdən biridir. Bütün dünyada olduğu kimi Türkiyədə qaraciyər bağışlanması problemi var. Ona görə də bu problem üzərində ciddi işlər aparırıq. Yaxın 5 ildə donuzdan insana qaraciyər köçürülməsi prosesinin başlanılacağı gözlənilir”.

Bunu bu gün V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransında Malatya universitetinin professoru, qaraciyər transplantasiya şöbəsinin rəhbəri Sezai Yılmaz deyib.

Onun sözlərinə görə, bu orqan çatışmazlığını aradan qaldırmaq üçün elmi araşdırmaları Malatya Universitetinə məxsus olan heyvanlardan insana qaraciyər köçürülməsi kimi yeni bir ideyanın üzərində iş gedir: "Dünyada insan qaraciyərinə uyğun heyvanlar qoril, şimpanze meymun növüdür. Amma o heyvan da çətin yetişdirilir. Nadir tapılır. Bir də donuzlardır. Amma donuzlardan köçürülən qaraciyər çox da uyğun seçim deyil. Çox sayda xəstəliklər keçə bilər. Ona görə bütün dünyada genetik modifikasiya olunmuş donuzların orqanlarından istifadə olunur. Biz də geni dəyişdirilmiş donuzdan insana qaraciyər köçürülməsi üzərində 5 ildir çalışırıq. Yaxın müddətdə ilk olaraq canlı insana bu qaraciyər köçürülməsini həyata keçirəcəyik. Əməliyyat uğurlu olsa, ümid edirəm, tibb üzrə Nobeli Malatyaya gətirə bilərik”.

Professor müsəlman olmasına baxmayaraq, dinin insan həyatını xilas etmək naminə donuzlardan qaraciyər köçürülməsinə qarşı gəlməyəciyini bildirir:

"Burda məqsəd insandır. Müsəlman xəstələr üçün heç bir günah yoxdur bunda”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam