Redaktor seçimi
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Günün xəbəri

30 min iş yeri bu adamlar üçün açılacaq - təfsilat

 

Ödənişli ictimai işə cəlb olunanlara minimum əmək haqqı miqdarında maaş verilir

Yenixeber.org: Fevralın 13-də Beyləqanda səfərdə olan prezident İlham Əliyev bildirib ki, bu il 30 min nəfər  ödənişli ictimai işlərə cəlb olunub.

Qeyd edək ki, bu barədə prezident regionların sosial-iqtisadi inkişafına dair 3-cü proqramın yekunlarına həsr olunmuş konfransda da məlumat verib: “O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əmək haqqı alır”.

Öğdənişli ictimai işlər nədir? Ora kimlər cəlb olunur? Suallarımıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu proses prezident İ.Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramı çərçivəsində həyata keçirilir. Proqramın icrasına bu il yanvarın əvvəlindən start verilib. Nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində bu il 30 min nəfərin belə işlərə cəlb olunması nəzərdə tutulur. İndiyədək artıq 25 min nəfər işlə təmin olunub, qalan 5 min nəfərin də fevralın sonunadək təmin olunması nəzərdə tutulur: “Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) məşğulluq mərkəzlərində iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. ”Məşğulluq haqqında" Qanununa əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyır. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir".

Proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanır: “Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da  həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud  mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əmək haqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ”DOST İş Mərkəzi" tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək".

“İşsizin DOSTU” proqramı çərçivəsində əmək müqaviləsi işçi ilə 1 illik bağlanır və müvəqqəti xarakter daşıyır:“Gələcəkdə isə işçinin istəyindən asılı olaraq müqavilə müddəti artırıla bilər. Bu işçilər günün bir hissəsi, yaxud həftənin müəyyən günlərində işləyir”.

Sahil Babayev ile ilgili görsel sonucu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “Yeni Müsavat”ın sualına cavab olaraq verdiyi məlumata görə, ödənişli ictimai işlərə görə vətəndaşlara minimum əmək haqqı miqdarında əmək haqqı verilir: “Bu, cənab prezidentin çox nəcib təşəbbüsüdür. Dünən Beyləqanda olanda da vurğuladı ki, bu il 30 min insan belə müvəqqəti işlə təmin olunacaq. Xüsusi olaraq vurğulayım ki, bütün rayonlar bu proqramla əhatə olunur. Hər rayon üzrə kvota müəyyənləşdirilib. 30 min nəfər rayonlar üzrə bölünüb, işlə təmin olunur. Onlara verilən əmək haqqı martın 1-dən 180 manat olacaq”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}